Daniel Varujan | |
---|---|
Doğum adı | Դանիէլ Չպուքքարեան |
Təxəllüsü | Դանիէլ Վարուժան |
Doğum tarixi | 20 aprel 1884[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 avqust 1915[1][2][…] (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | erməni soyqırımı[2][3] |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı |
Fəaliyyət illəri | 1904–1915 |
Vikianbarda əlaqəli mediafayllar |
Daniel Varujan (q.erm. Դանիել Վարուժան, əsl soyadı — Çubukkaryan (q.erm. Չպուքքարեան или Չպուգքեարեան[4]); 20 aprel 1884[1][2][…], Dörteylül[d], Sivas vilayəti, Osmanlı imperiyası[2][3] – 26 avqust 1915[1][2][…], Çanqırı, Kastamonu vilayəti, Osmanlı imperiyası) — Osmanlı ermənilərindən olan şair və pedaqoq. O, 1902–1905-ci illərdə Venesiyada mexitarist məktəbində, 1905–1909-cu illərdə Belçikanın Gent Universitetində təhsil almışdır. Varujan 1912–1915-ci illərdə Konstantinopolda Maarifçilik məktəbinin direktoru kimi fəaliyyət göstərmişdir. O, 1904-cü ildə yaradıcılıq fəaliyyətinə başlamışdır. Varujanın poeziyası romantizm, simvolizm və erməni folklor ənənələrinin qarışığıdır.
O, ilk lirik "Şüdləşmə"toplusunda (1906) doğma torpağının təbiəti fonunda sadə bir insanın həyatını göstərir. "Poqrom"(1908) məcmuəsində sultan rejiminin əməllərini, ermənilərinə qarşı təqiblərini təsvir etmişdir. Varujanın "Qabilin ürəyi"(1909) toplusu mübarizə, ədalət və qisas haqqındadır. O, "Bütpərəst mahnılar"toplusunda mifoloji motivlərə müraciət etmiş, "Qolqotanın çiçəkləri"silsiləsində (hər ikisi 1912-ci il) bütpərəst və xristian obrazlarını birləşdirmişdir. Varujan "Çörək nəğməsi"(1921, bax) toplusu dünyanın plastik gözəlliyini, kəndlinin yaradıcılığını əks etdirir. Onun yaradıcılığı Şərqi erməni poeziyasına təsir göstərmiş, şeirləri bir çox dillərə tərcümə edilmişdir.[5]