Daraqayaqlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: ???: Daraqayaqlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Daraqayaqlılar — Xərçəngkimilərin bu sinfinə aid nümayəndələrində göz orqanları yoxdur. İlk dəfə 1975-ci ildə Avstraliya, Karib dənizi hövzələrinin anxiolin mağaralarında tapılmışdır. 1981-ci ildə remipediyalar ayrıca sinifə ayrılmışdır. Hal-hazırda bütün tapılmış növlər 7 fəsiləyə aid edilərək Nectiopoda dəstəsində qruplaşdırılmışdır.
Remipediyaların bədəni baş və bədən hissələrindən ibarət olub 42 eyni seqmentə bölünür. Baş hissədə 3 cüt ağızöncəsi çıxıntısı (antenöncəsi və 2 cüt antennalar), mandibula, 2 cüt maksilla və maksilliped (ayaqçənəsi) vardır. Maksillaların sonunda caynaq mövcuddur. Bu caynaqlarda iri vəzi dəlikləri yerləşir. Remipediya maksillalar vasitəsilə şikarı dişləyir. Bu zaman vəzi sekreti vasitəsilə şikarın bədəninə zəhər vəya həzm fermenti yeridilir. Toksin rolunda hemosianin çıxış edir. O, digər seket komponentləri ilə birləşərək zəhərli fenoloksidazaya çevrilir.[2]
Remipediyalar zəif sürətlə qarnı üstə üzür. Qidalanma filtrasiya ilə həyata keçir.