Dauqava | |
---|---|
latış. Daugava, latq. Daugova, rus. Западная Двина, belar. Заходняя Дзвіна | |
Ölkələr | |
Mənbəyi | Rusiya, Valday Təpələri |
• Yüksəkliyi | 215 m |
Mənsəbi | Latviya, Riqa körfəzi |
Uzunluğu | 1 020[1] |
Su sərfi | 678 m³/san |
Hövzəsinin sahəsi | 87 900 km² |
DSR[rus.] | 01020000112199000000010 |
Vikianbarda əlaqəli mediafayllar |
Dauqava (latış. Daugava; latq. Daugova) və ya Qərbi Dvina (rus. Западная Двина; belar. Заходняя Дзвіна) — Şərqi Avropanın şimalında çay. O, Rusiya, Belorus və Latviya əraziləri ilə axır.
Eski adları — Eridan, Rudon, Bubon, Rubon, Sudon, Xesin.[2]
Maks Vasmerın Etimologiya lüğətində yazılıb ki, Dvina toponimi Ural dillərindən gələ bilməzdi və ola bilər ki, Hind-Avropa dillərində çay və ya axar mənasını daşıyan sözündən gəlib.[3]
Çayın tam uzunluğu 1020 km-dır.[1] Onlardan 325 km Rusiya, 338 km Belarus,[1] 352 km isə Latviyaya aiddir.[4] Latviyada Dauqava Riqa körfəzinə tökülməkdən əvvəl Latqale, Zemqale və Vidzeme (o cümlədə Riqa şəhəri) bölgələrin ərazilərində axır.[5] Latqale bölgədəki hissəsinin ətrafında yerləşən Dauqava Döngələri (lat. Daugavas Loki) təbiət parkı 2011-ci ildən bəri Latviyanın milli UNESCO ümumdünya irsi siyahısındadır.[6]
Dauqava Latviyanın ən böyük çayıdır.[7]
Andreapol, Zapadnaya Dvina və Velij.
Ruba, Vitebsk, Beşenkoviçi, Polatsk, Navapolatsk, Dzisna, Verxnyadzvinsk və Druya.
Kraslava, Dauqavpils, Livani, Yekabpils, Plavinas, Aizkraukle, Yaunyelqava, Lielvarde, Kequms, Oqre, İkşkile, Salaspils və Riqa.
Hazırda çayın Belarus hissəsində 4 su elektrik stansiyası (SES) tikilir.[8] Onun Latviya hissəsində isə Plyavinyas SES, Riqa SES və Kequms SES yerləşir. Beləliklə, Dauqava Latviyanın üçün tək böyük milli enerji mənbəsidir.[9]
Sovet İttifaqı dövründə çay əkinçilik siyasəti və hidrogen enerji layihələrindən ekoloji korlanmanı yaşayıb.[10]