Day.az

Day.az}
URL Day.az
Tipi informasiya saytı
Dilləri Azərbaycan, Rus
Sahibi Anar Məmmədxanov (2003-2009)
Açılma tarixi 2003

Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.[1]

11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur.[2] Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.[3]

2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb.[4] Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.

  1. "Anar Məmmədxanov: «Bu gündən özümü çox azad hiss edirəm»" (az.). azadliq.org. 2009-02-26. 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  2. ""DAY.AZ" AND "ANSPRESS.COM" WEBSITES ATTACKED BY RUSSIAN HACKERS" (ing.)). irfs.org. 2008-08-11. 2013-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
  3. "Two websites attacked by Russian hackers, allegedly to block flow of information on conflict in Georgia". ifex.org. ifex.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2018.
  4. "Anar Məmmədxanov Day.az-ı bir həftədən sonra bərpa edəcəklərini deyir" (az.). azadliq.org. 2009-02-19. 2018-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]