Dağıstan kərtənkələsi

Dağıstan kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dağıstan kərtənkələsi (lat. Darevskia daghestanica) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Uzunluğu 65–70 mm, quyruğu isə iki uzundur. Yuxarı hissəsinin rəngi yaşıl, qəhvəyi və ya boz-küll olur.

Əsasən Dağıstanın alp qurşağında, qayalıqlar üzərində, nəm daxili dağlıq və Yüksək dağlıq ərazilərində rast gəlinir. Günlük fəal həyat sürürlər. Sentyabr-oktyabr aylarından başlanan qişlama dövrü aprel ayına qədər çəkir.

Əsasən bunlarla qidalanırlar: İkiqanadlılar, Kəpənəklər, Zərqanadlılar, Sərtqanadlılar, DüzqanadlılarHörümçəklər.

Əvvəllər bu növ Qafqaz kərtənkələsinin bir yarımnövu(Darevskia caucasica) kimi qəbul edilirdi. Sonradan növ olması təstiqlənmiş və Darevskia caucasica daghestanica adı verilmişdir.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.