Deuteromycota | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Deuteromycota |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bu şöbəni digər adla qeyri-müəyyən göbələklər şöbəsi kimi də adlandırmaq olar. Dünya mikoloqları bu şöbəyə süni bir qrup kimi də baxırlar. Bu qrupa cinsi çoxalması olmayan ,yalnız qeyri-cinsi yolla çoxalan haploid göbələklər aiddirlər . Bu şöbə 20000 dən artıq növü cəmləyir. Bütün növlərin mitseliləri çoxhüceyrəlidir. Bəzilərinin mitseliləri çoxnüvəlidir. Bütün nümayəndələrində qeyri-cinsi çoxalma konidilərlə gedir ki ,bunlar da konididaşıyanlar üzərində əmələ gəlir. Bu göbələklərdə cinsi çoxalma getmədiyi üçün bütün həyat dövrü haploiddir. Mənşə baxımından qeyri müəyyən göbələklər Ascomycota və Basidiomycota şöbələrindən başlanğıc götürüblər.Konididaşıyanlar dəstə, monopodial, simpodial və dixotomik budaqlanırlar .Konididaşıyan üzərində akropeta, yaxud bazipetal konidi zənciri əmələ gəlir. Natamam göbələklərin bir çox nümayəndələrində mitseli üzərində konididaşıyanların bir neçə qruplaşmaları müşahidə olunur.Belə konididaşıyanların qruplaşmasının sadə formalarından biri koremiyadır . Koremiyada çoxsaylı konididaşiyanlar bir yerə toplanıb dəstə təşkil edir və yan tərəfləri ilə birləşib sütun əmələ gətirirlər ki ,bunun da üzərində konidi yerləşir. Şöbə 2 sinfə bölünür:
Hifomisetlər sinfinin nümayəndələrində konidaşıyanlar mitseli üzərində tək-tək və qrup halında toplanır. Koelomisetlər sinfinin əsas əlaməti konididaşıyanların loja və piknidi də toplanmasıdır.