Devils-Tauer

Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir.

Devils-Tauer
ing. Devils Tower National Monument
BTMB kateqoriyası — III (Təbiət abidəsi)
Sahəsi 5.45 kv km
Mütləq hündürlüyü 1.560 m
Yaradılma tarixi 2004
Yerləşməsi
44°35′25″ şm. e. 104°42′55″ ş. u.HGYO
Ölkə  ABŞ
Region Vayominq ştatı
Yerləşməsi Kruk
nps.gov/deto
Devils-Tauer xəritədə
Devils-Tauer
Devils-Tauer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vayominq milli parkının xəritə sxemi

Devils-Tauer[1] Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır.

Bell-Furş çayı yatağında səthə çıxmış qırmızı süxurlar

Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır.[2]

Kino aləmində

[redaktə | mənbəni redaktə et]
  • Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir. Filmin əsas qəhrəmanı bu dağın oxşarını öz evində hazırlayır.
  • Bu dağ həmçinin 2011-ci ildə Qreq Mottolu "Çins" kinosunda da istifadə edilib.
  1. Борисов В. А., Белоусова Л. С., Винокуров А. А. Охраняемые природные территории мира. Национальные парки, заповедники, резерваты: Справочник. — М.: Агропромиздат, 1985. — 310 с. — 17 000 экз.
  2. Шварцбах М. Уникальные скалы и скалистые горы: 2. Башня дьявола (Вайоминг) // Великие памятники природы: известные места геологических исследований = Schwarzbach M. Berühmte Stätten geologischer Forschung. – Stuttgart: Wissenschaftliche Verlagsgesellschaft, 1970 / Сокр. пер. с нем. Г. И. Денисовой. — М.: Мир, 1973. — С. 19–23. — 336 с.