Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Riçard Bryus "Dik" Çeyni | |
---|---|
Richard Bruce "Dick" Cheney | |
20 yanvar 2001 – 20 yanvar 2009 | |
Prezident | Corc Uoker Buş |
Əvvəlki | Albert Qor |
Sonrakı | Co Bayden |
20 mart 1989 – 20 yanvar 1993 | |
Prezident | Corc H. U. Buş |
Əvvəlki | Frenk Karluççi |
Sonrakı | Les Aspin |
Şəxsi məlumatlar | |
Doğum adı | Richard Bruce Cheney |
Doğum tarixi | |
Doğum yeri | Linkoln, Nebraska, ABŞ |
Partiya | ABŞ Respublikaçılar Partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, avtobioqraf[d], iş adamı, tacir |
Atası | Riçard Herbert Çeyni |
Anası | Marcori Loreyn Diki |
Həyat yoldaşı | Linn Çeyni |
Uşaqları | qızları: Elizabet, Meri |
Dini | metodizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], kommersiya[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993).
Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır.
Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi.
1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib. Çeyni daha çox əlaqələr qurmaq və səhnə arxası diplomatiyada məharətinə görə tanınır.