Ditrix Bukstehude

Ditrix Bukstehude
Dieterich Buxtehude
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Helsinborq, Skania, Danimarka
Vəfat tarixi
Vəfat yeri Lübek
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, orqançalan
Fəaliyyət illəri 1680-ci ildən
Janr Barokko
Musiqi aləti orqan
İmzanın şəkli
dietrich-buxtehude.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ditrix Bukstehude [təqr. 1637, indiki İsveçdəki Helsinqborq,(?) – 9.5.1707, Lübek] — alman bəstəkarı və orqançalanı.[1]

Əslən danimarkalıdır. Musiqiçilər nəslindəndir. Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir. 1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya) Mariyenkirxenin orqançalanı olmuşdur. Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Ditrix Buxtehude,Danimarka-Alman orqan ifaçısıdır.Buxtehude bu gün Barokko dövrünün ən əhəmiyyətli bəstəkarlarından biri sayılır.Əslən danimarkalıdır.Musiqiçilər nəslindəndir.Gəncliyində Danimarkada kilsə orqançalanı işləmişdir.1668-ci ildən ömrünün sonunadək Lübekdəki (Almaniya)Mariyen kirxenin orqançalanı olmuşdur.Hələ sağlığında Buxtehude ən yaxşı alman orqançalanlarından biri hesab edilirdi.Diderich Buxtehude adı ilə anadan olmuşdur.Onun valideynləri Johannes(HansJensen)Buxtehude və Helle Jespersdatter idi.Atası o dövr Danimarka Monarxiyasının bir hissəsi olan,lakin indi Almaniyada olan Holşteynin Duchy şəhərində(Oldesloe)anadan olmuşdur. Buxtehudenin doğulduğu il və ölkə arasında alimlər mübahisə edirlər.Bir qisim onun Oldesloedə doğulduğunu iddia edirlər.Lakin buna baxmayaraq onun1637-ci ildə Danimarkanın Helsinborg şəhərində anadan olması bilinir.Daha sonralar indiki adı ilə tanınan Ditrix Buxtehude adı altında sənədlərini imzalamışdı. Buxtehudenin təhsilinin başlanğıcı və gənclik illəri haqqında məlumatlar məlum deyil.Şübhəsiz onun musiqi müəllimi atası olmuşdur. Atası Helsingerdəki St Olaf kilsəsində orqanist idi.[1]

Onun zəngin yaradıcılıq fantaziyası və qeyri-adi bəstəkarlıq bacarığını təsdiqləyən orqan üçün yazdığı əsərləri (80-dən çox prelüd, tokkata, fantaziya, kansona, xoral işlə mələri və s.) şimali alman musiqi barok kosunun parlaq nümunələridir. Bu əsərlər İ.S. Baxın yaradıcılığının inkişafına təsir göstərmişdir; o, canlı əfsanəyə çevrilmiş ustadın ifasını dinləmək üçün 1705-ci ildə məxsusi olaraq Lübekə gəlmişdir. Buxtehude ansambl üçün 20-dən çox sonatanın və təqribən 20 klavir süitanın müəllifidir. Yaradıcılıq irsinin çox hissəsini müxtəlif ifaçı heyətləri üçün yazdığı vokal kompozisiyalar (100-dən çox kantata, motet, dini konsert və s.) təşkil edir.[1]  

  1. 1 2 3 Buxtehude// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 61. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]