Dodaqayaqlılar

Dodaqayaqlılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Sinif:
Dodaqayaqlılar
Beynəlxalq elmi adı

Dodaqayaqlılar və ya çiyanlar (lat. Chilopoda) — buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Dodaqayaqlıların bədəni dartılmış, bel-qarın istiqamətində yastılanmış olub, başa və hər seqmentində bir cüt qaçış ətrafı olan seqmentləşmiş gövdəyə bölünür. Anal-genital sahəni təmsil edən birinci və bir neçə sonuncu seqmentlərdə ətraflar olmur. Başın ön kənarında seqmentləşmiş antenalar (bir cüt) yerləşir. Başın böyürlərində bəzən böyük topalar əmələ gətirən mürəkkəb faset gözə (milçəktutanlarda) bənzəyən gözcüklər yerləşir. Bəzən isə daim torpaqda yaşayan formalarda (geofil və kriptoslarda) gözlər olmur. Ağız hissələri 3 cüt çənə ilə təmsil olunmuşdur. Xilopodların ayaqları çanaqcıq (geofillərdə) reduksiyaya uğramışdır, burma (skolopendrkimilərdə son cüt ayaqlarda reduksiyaya uğramışdır), budönü, bud, baldır və pəncəkdən ibarət olub, buğumlarının sayı 1-2-yə çatır. Son cüt ayaqların arxasında gövdənin buğumlu çıxıntıları – dişi və erkək qonopodiyaları olan genital-anal şöbəsi yerləşmişdir. Xilopodlar ayrıcinsli heyvanlardır. Cinsi çoxalma zamanı onlarda «xarici-daxili» mayalanma müşahidə edilir. Bu zaman erkək uzadılmış hörümçək toruna spermatofor qoyur, dişi isə sonra onu götürür. Müəyyən xilopod dəstələrinin nümayəndələrində mayalanma prosesinin özü bir qədər fərqlənir.[3]

Dodaqayaqlı çoxayaqlılar – ən müxtəlif onurğasızlarla qidalanan fəal yırtıcılardır. Başqa çoxayaqlı qruplarının nümayəndələri kimi, dodaqayaqlılar da torpaqla sıx bağlı olub, vaxtın çoxunu torpaqda, daşların və kötüklərin altında, meşə döşənəyində, qaya yarıqlarında və başqa sığınacaqlarda keçirərək, yalnız gecələr torpağın səthinə çıxırlar. Torpağın üst təbəqəsinin və döşənəyin sakinlərinin mühüm hissəsini təşkil edən xilopodlar zərərli cücülərin məhv edilməsində böyük əhəmiyyət daşıyırlar. Dodaqayaqlı çoxayaqlıların çoxu torpaq şəraitinin etibarlı göstəricisidir. Xilopodlar dörd dəstədə təmsil olunmuşlar. Səhralardan başqa bütün landşaft zonalarında yayılmış xilopodların 3000-ə yaxın növü məlumdur.[3]

Dəstə və fəsilələri

[redaktə | mənbəni redaktə et]

Tanınmış növləri

[redaktə | mənbəni redaktə et]
  • Nəhəng scolopendr Scolopendra gigantea
  1. Integrated Taxonomic Information System (ing.). 2013.
  2. Minelli A. Class Chilopoda, Class Symphyla and Class Pauropoda. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 157–158. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. 1 2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004