Don't Smile at Me

Don't Smile at Me
Billi Ayliş tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 11 avqust 2017
Yazılma tarixi 2015–2017
Janr
  • Elektropop
  • Bedrum pop
Müddət 24:37
Dil ingilis dili
Leybl
  • Darkroom
  • Interscope Records
Prodüser Finneas O'Konnell
Billi Ayliş albomlarının xronologiyası
"Don't Smile at Me"
(2017)
"When We All Fall Asleep, Where Do We Go?"
(2019)

Don't Smile at Me — ABŞ müğənnisi Billi Aylişin debüt mini-albomu. 11 avqust 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mini-albomdakı treklər Ayliş və prodüserlik edən qardaşı Finneas O'Konnell tərəfindən yazılmışdır. Albom R&Bcaz elementlərini özündə birləşdirən elektropop və bedrum pop rekordudur.

Mini-albom 2016-cı ildən 2018-ci ilə qədər yeddi sinqlın buraxılması ilə tanıdılıb. "Ocean Eyes", "Idontwannabeyouanymore" və "Bellyache" albomun hit mahnıları atasında yer alır. Billi Ayliş mini-albomu üçün 2017 və 2018-ci illərdə Don't Smile at Me Tour və Where's My Mind konsert turları həyata keçirmişdir.

Mini-albom musiqi tənqidçilərinin rəğbətini qazanıb. Bir çoxu Billi Aylişin musiqisini və ifalarını bəyənidklərini bildiriblər. "Don't Smile at Me" kommersiya uğuru qazanıb, ABŞ Billboard 200-də 14-cü, Birləşmiş Krallıq Albomlar hit-paradında isə 12-ci sıraya yüksəlib. Mini-albom bir sıra ölkələrdə, o cümlədən Litvada ilk onluğa daxil olub.

Mini-albomun "Don't Smile at Me: December reissue" adlı yenidən buraxılmış versiyasına Vince Staples ilə birgə ifə olan "&Burn" treki daxil edilmişdir. Mahnı Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən qızıl sertifikat almışdır. Sonralar mini-albomun genişləndirilmiş versiyası olan "Don't Smile at Me: Expanded edition" işıq üzü görmüşdür. Buraya əvvəllər buraxılmış iki sinql daxildir: Xalid ilə "Lovely" və "Bitches Broken Hearts". "Lovely" treki kommersiya uğuru qazanaraq Billboard-da 64-cü yerə yüksəlib. Hot 100-də və Birləşmiş Krallıq sinqllar hit-paradında 47-ci sıraya çıxmışdır. "Bitches Broken Hearts" ABŞ və Kanadada RIAA və Music Canada (MC) tərəfindən platin sertifikatına layiq görülüb.

Trek siyahısı

[redaktə | mənbəni redaktə et]
Don't Smile at Me – Standard edition
BaşlıqYazar(lar)Müddət
1."Copycat" 3:13
2."Idontwannabeyouanymore" 3:23
3."My Boy" 2:50
4."Watch"F. O'Connell2:58
5."Party Favor" 3:25
6."Bellyache" 3:00
7."Ocean Eyes"F. O'Connell3:20
8."Hostage" 3:48
Ümumi müddət:26:00
Don't Smile at Me – December reissue bonus track[1]
BaşlıqMüddət
9."&Burn" (Vince Staples ilə)2:59
Ümumi müddət:28:59
Don't Smile at Me – UK & Irish edition bonus tracks[2]
BaşlıqMüddət
10."Lovely" (Xalid ilə)3:20
11."Bitches Broken Hearts" (prodüserlər: F. O'Connell, Fenn)2:56
Ümumi müddət:35:16
Don't Smile at Me – Japanese edition bonus tracks[3]
BaşlıqMüddət
12."Bellyache" (Marian Hill remix)3:41
13."Copycat" (Sofi Tukker remix)3:19
14."MyBoi" (TroyBoi remix)3:31
Ümumi müddət:45:47
Japan complete edition (Disc 2)[4]
BaşlıqRejissor(lar)Müddət
1."Idontwannabeyouanymore" (musiqi videosu)Eli Born3:23
2."Watch" (musiqi videosu)Megan Park3:19
3."Bellyache" (musiqi videosu)Miles and AJ3:31
4."Hostage" (musiq videosu)Henry Scholfield3:53
5."Lovely" (Khalid ilə (musiqi videosu))
  • Taylor Cohen
  • Matty Peacock
3:19
Ümumi müddət:17:00
  1. "dont smile at me". iTunes. July 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2019.
  2. "dont smile at me (Expanded Edition)". iTunes. July 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2019.
  3. "Dont Smile At Me [Limited Release]" (yapon). CDJapan. December 19, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 18, 2018.
  4. "Don't Smile at Me [Japan Complete Edition]". cdjapan. 1 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2020.