Donetsk

Şəhər
Donetsk
ukr. Донецьк
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
48°00′32″ şm. e. 37°48′15″ ş. u.HGYO
Ölkə  Ukrayna
Vilayət Donetsk vilayəti
Daxili bölgüsü 9 rayon
Mer İqor Martinov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1869
Yaşayış məntəqəsi statuslu 1917
Sahəsi 385 km²
Mərkəzin hündürlüyü 169 m
İqlimi kəskin kontinental
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 922 137 nəfər (2015)
Sıxlığı 2425 nəf./km²
Aqlomerasiya 948 427[1]
Milli tərkibi ruslar, ukraynalılar, belaruslar, yunanlar, yəhudilər, tatarlar və d.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 62
Poçt indeksi 283000–283497, 83000–83497
Nəqliyyat kodları AH, KH / 05
Digər
mer.dn.ua  (rus.)
Xəritəni göstər/gizlə
Donetsk xəritədə
Donetsk
Donetsk
Donetsk xəritədə
Donetsk
Donetsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir.

Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır.

Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.

Şəhərin adlandırılması

[redaktə | mənbəni redaktə et]

1923-cü ilə qədər Donetsk şəhəri bu şəhərin təməlini qoyan milyonçu Con Yuzun şərəfinə Yuzovka adını daşıyırdı. 1869-cu ildə C. Yuz bu torpaqlarda Yuzovka fəhlə qəsəbəsi saldırmışdır və metallurgiya zavodunun tikintisinə başlamışdır. Qəsəbənin tikilmə tarixinin Donetsk şəhərinin təsis tarixi kimi hesab edilməsi qəbul edilmişdir.

1924-cü ilin aprel ayının 22-də ÜUMİK – nin qərarı ilə Yuzovka şəhərinə Stalin adı verilmişdir, 1920-ci illərin sonlarında — 1930-cu illərin əvvəlində isə, rəsmi qətnamələr olmadan şəhəri Stalino adlandırılırdı.

1961-ci ildə Stalin vilayətinə onun 1932–1938-ci illərdəki adı qaytarılmışdır, hansı ki, ona Severski Donets çayının adının şərəfinə verilmişdi, vilayətin mərkəzi Stalino şəhəri isə Donetsk adlandırdılar. 1932-ci ildə şəhər Donetsk vilayətinin mərkəzi oldu.

2010-cu ildə "Reytinq TOP-100. Ukraynanın ən yaxşı şəhərlər və regionları" tədqiqatının nəticələri üzrə Donetsk "500 min insandan yuxarı əhalisi olan şəhərlərin arasında ictimai-iqtisadi inkişafın səviyyəsi üzrə ən yaxşı şəhər" nominasiyasında birinci dərəcəli diplomu ilə mükafatlandırdı.

Təhsil müəssisələri şəhərin həyatında əhəmiyyətli rol oynayır. Donetskdə 5 dövlət universiteti, 11 institut, 3 akademiya, o cümlədən Donetsk dövlət musiqi akademiyası, 14 texnikum, həmçinin 5 şəxsi universitet və 6 kollec yerləşir.

Donetskın ən qədim və böyük təhsil müəssisələri – bu Donetsk milli texniki universiteti (1921), Donetsk milli tibbi universiteti (1930), Donetsk milli universiteti (1937), M. İ. Tuqan-Baranovski adına Donetsk milli iqtisadiyyat və ticarət universiteti və mühəndislik qoşunlarının və rabitə qoşunlarının Donetsk ali hərbi-siyasi məktəbidir— DAHSM (1967).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İstehsalat sənayesinin həcmləri üzrə Donetsk Mariupoldan sonra vilayətdə ikinci yerdə və artım sürətləri üzrə birinci yerdədir. Şəhərin ərazisində investisiyalarının həcmləri üzrə Ukraynanın ən böyük Azad İqtisadi Zonalarından (AİZ) biri — "Donetsk" AİZ-sı yerləşir. Makeyevka şəhəri ilə birlikdə Donetsk Ukraynanın ən böyük sənaye mərkəzlərindən biri idi.

Donetskdə əsas şəhər nəqliyyat növləri: tramvaylar, trolleybuslar, avtobuslar və marşrut taksiləridir.

Şəhərdə dəmiryol vağzalı, 2 avtovağzal — "Cənubi" və "Qərbi", 8 avtostansiya var. 2012-ci ildə mayın 14-də aeroportun yeni terminalı açılmışdır. Yaxın gələcəkdə metropolitenin açılışı planlaşdırılır.

Donetskin diqqətəlayiq yerlərindən biri "Donbass Arena"-dır, hansı ki, Avro-2012-ni qəbul edən stadionlardan biri oldu.

Donetsk çox sayda gözəl parkları, bağçaları, bulvarları olan çox yaşıl şəhərdir. İl uzunu Donetskdə botanika bağı işləyir. Şəhərdə xüsusi yeri döymə fiqurlar parkı tutur, hansında ki, hər il dəmirçilərin Avropa müsabiqəsi keçirilir, Donetskinin Şerbakov adına parkı isə Ukraynanın ən yaxşı parkı hesab edilir.

Şəhərin simvollarından bir qızılgüllərdir ki, şəhər prospektlərini, parkları və qızılgül bağçalarını bəzəyirlər.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "Діяльність Головного управління статистики у Донецькій області". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]