Donuz soliteri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Klad: Tip: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Donuz soliteri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır.
Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir.
Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur. Cinsiyyət dəliyi buğumlarının bəzisində sağda və digərində isə solda yerləşərək növbəli xarakter daşıyır. Öküz soliterindəkindən fərqli olaraq buğumlar hərəkət etmir. Donuz soliterində həzm, tənəffüs və qan-damar sistemi yoxdur. İfrazat sistemi protonefri-dial tipli olub, bədənin yan tərəfində hər buğumda uzununa yerləşmiş 2 kanaldan ibarətdir. Cinsiyyət üzvləri öküz soliterinə nisbətən yaxşı inkişaf etmişdir. Yumurtalıq 3 paydan təşkil olunmuşdur.
Toxumluq öküz soliterində olduğu kimidir. Yumurta xaricdən qalın qatla örtülərək xarici mühitin qeyri-əlverişli şəraitinə dözümlü olur. Yumurtanın xarici mühitə çıxarılması strobiladan yetişmiş buğumlarının ayrılıb nəcis vasitəsilə xaricə düşməsi ilə baş verir.
Donuz soliterinin əsas sahibi insan, aralıq sahibi isə donuz-dur. İnsanın nazik bağırsağında parazitlik edən cinsi yetkin formanın strobilasının bir neçə yetişmiş buğumu, ya da buğumdan bağırsağa düşmüş yumurtası nəcis vasitəsilə xarici mühitə düşür, hər bir buğumda belə yumurtalarının sayı 170000-ə qədər ola bilər. Yumurta xaricdə müəyyən müddət inkişaf edir, sonra isə aralıq sahib olan donuza yoluxur. Donuzun həzm aparatına düşmüş yumurtadan sürfə (onkosfer) xaric olur. Onkosfer qarmaqları vasitəsilə bağırsağın və ya mədənin selikli qişasından keçərək limfa və qan-damar sisteminə daxil olur. Qan vasitəsilə onkosfer müxtəlif orqanlara, o cümlədən qaraciyərə, əzələyə, ağciyərlərə və beyinə keçir. Burada onkosfer sistoserk adlanan finnaya çevrilir. Sistoserkin əmələ gəlməsi və tam formalaşması 60-70 günə başa çatır. Sıx əzələ lifləri arasında yerləşmiş sürfələr nisbətən kiçilmiş vəziyyətdə 5–8 mm, yumşaq parenximatoz orqanlarda isə 1,5 sm olur.
Qovuq maye ilə dolu olur. Məhz bu vəziyyətdə parazitin inkişaf mərhələsi finna adlanır. Qovuğun divarı müəyyən nahi-yədə çökür. Çökmüş yerin iç səthində 4 sormacın rüşeym baş-lanğıcı və onları ara-sında nisbət dərinlikdə qarmağa malik tac yerləşir. Finna bu vəziyyətdə donuzun bədənində bir neçə il öz həyat qabiliyyətini saxlaya bilir. Finnanın sonrakı inkişafı üçün o, əsas sahibin bağırsaq sisteminə daxil olmalıdır. İnsan finnalı çiy və ya yaxşı bişməmiş ət yedikdə bağırsağa düşmüş ətdəki donuz soliterinin finnası həzm fermentinin təsirindən (xüsusilə qələvi mühitin təsirindən) əriyir və qovuqşəkilli finnadan baş hissə çıxıb bağırsağın selikli qişasına yapışır. Başın arxasında 1-2 boyun buğumu və qovuq olur. Bu qovuq bir müddətdən sonra bədəndən ayrılaraq parçalanır. Boyun buğumlarının hesabına tədricən strobila formalaşaraq cinsi yetkinliyə çatır.
Donuz soliterinin inkişafı üçün iki sahibin olması xarakterdir. Donuz soliteri üçün bəzən insan özü aralıq sahib ola bilər. Belə ki, yaxşı təmizlənməmiş qida məmulatları, yeyildikdə parazitin yumurtası insan tərəfindən udularsa, yoluxma aralıq sahibin yoluxması kimidir.
Parazitin törətdiyi xəstəlik zamanı həzm sisteminin funksiyası aşağı düşür, qanazlığı, ümumi zəiflik, parazitin olduğu yerin ətrafında iltihab prosesi və intoksikasiya baş verir. Yoluxmanın ən ağır vəziyyəti gözün və mərkəzi sinir sisteminin sistoserklə yoluxması zamanı yaranır.