Douglas DC-3

Douglas DC-3
İstehsalçı Douglas Aircraft Company
İlk uçuş 1936
İstismara verilmə tarixi 1936
İstismarçılar
Buraxılış sayı 607
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Douglas DC-3 sabit qanad quruluşlu, pərvanəli, 19301940-cı illərə damğasını vurmuş təyyarə modelidir.

Təyyarə baş mühəndis Arthur E. Raymond tərəfindən inkişaf etdirilmiş və ilk uçuşunu 17 Dekabr 1935-də etmişdir. Təyyarə American Airlines CEO-i Cyrus Smith və Donald Douglasın etdikləri telefon marafonu nəticəsində DC-2-nin inkişaf etdirilməsi fikirləri nəticəsində doğulmuşdur. Kabin içi mətbəx və yataraq səyahət kimi fürsətlər təqdim edən DC-3 sayəsində xüsusilə Amerikada hava nəqliyyatı məşhur hala gəlmişdir.

Erkən dövr aviasiya şirkətləri United, Amerika, TWAEastern 400-ü üzərində DC-3 sifarişi vermişlər. İkinci Dünya müharibəsi illərində isə DC-3ün 10.000 ətrafı hərbi məqsədli versiyası istehsal edilmişdir (C-47, C-53, R4DDakota). Istehsalın pik nöqtəsinə çatdığı 1944-də tam 4853 ədədi təslim edilmişdir. Lisenziyalı kopyaları isə Yaponiyada çıxarılan SHOWA L2D və Rus istehsalı Lisunov Li-2 dir.

Döyüş sonrasında bir çox C-47 sivil nəqliyyatı məqsədi ilə yenidən əldən keçirilmişdir. Douglas bu vaxt DC-3-ü inkişaf etdirməyə davam etmiş və yük tutumunu böyüdərək və qanad quruluşunu dəyişdirərək Super DC-3 modelini yaratmışdır. Ancaq bu model ticarət satış üçün təqdim edilməmiş və hərbi məqsədli istifadə edilmişdir.

Douglas Super DC-3, Pangnirtung Aerodrom (Nunavut, Canada) 'dan qalxarkən

Bu gün hələ də bəzi şirkətlərdə bəzi daşımalarda DC-3lər istifadə edilməkdədir.

Santa Monica, KaliforniyaLong Beach, Kaliforniyada 10655 ədəd DC-3 çıxarılmışdır. 2000 in üzərində Lisunov Li-2 Rusiyada, 485 ədəd Yaponiyada çıxarılmışdır. 1998-ci ildə 400 ətrafı DC-3 ticarət uçuşlarında vəzifə yerinə yetirməkdə idi.

Modellərdə çox müxtəlif mühərriklər istifadə edilmişdir. Pratt & Whitney R-1830 ən çox üstünlük verilənlərdir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
DC-3
Sərnişin 21-32
Uzunluq 64 ft 5 in (19.7 m)
Qanad uzunluğu 95 ft 0 in (29.0 m)
Quyruq yüksəkliyi 16 ft 11 in (5.16 m)
Kabinet genişliyi, çöldən
Kabinet genişliyi, içəriden
Maks. qalxma ağırlığı 28,000 lb (12,700 kg)
Maks. mənzil 1,025 mil (890 nm, 1,650 km)
Tipik yer sürəti 170 mph (147 knot, 274 km/h)
Güc qaynaqları (2x) 2× Pratt & Whitney Twin Wasp S1C3G 14-silindirli radyal motor, her motorda 1.200 hp (895 kW)
Pərvanə 3 Qanadlı Hamilton Standard 7149-A ardıcıllığı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]