Düfureylər

Düfureylər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Düfureylər
Beynəlxalq elmi adı

Düfureylər (lat. Dufourea dentriventris) — buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinə aid olan növ.

Azərbaycanda nadir növdür, kserofil bitki örtüyü olan orta dağlıq- çöl, alçaq dağlıq-yarımsəhra qurşaqlarında yayılmışdır. 2800 m.-dək dağlara qalxır. Çölləşmiş sahələrdə, quraqlıq yarğanlarda və bağlarda məskunlaşır. Sosial növ deyil, Azərbaycanda aprel-iyul aylarında uçur, bir nəsil verir. Campanulaceae, Eriaceae fəsilələri bitkiləri ilə qidalanır. Nadir hallarda qarayonca sahələrində təsadüf edilir, zəngçiçəyi, əməköməci, adaçayında təsadüf edilmişdir.

Transpalearktik növdür: Avropada şimalda İsveçrə, Finlandiya, orta Avropada Apl dağları, Pireney yarımadası, Avstriya, Ural dağları, cənubda Qafqaz. Azərbaycanda Naxçıvan MR-nın Ordubad rayonunda və Kəlbəcər rayonunda (İstisu) tapılmışdır.