Doğum |
21.07.1978 Nürnberq, Qərbi Almaniya[1] | ||
---|---|---|---|
Digər peşəsi | İşgüzar inzibatçılıq ustadı | ||
Yerli səviyyədə | |||
İllər | Liqa | Rolu | |
2004– | AFF | Hakim | |
2006– | 2. Bundesliqa | Hakim | |
2008– | Bundesliqa | Hakim | |
Beynəlxalq səviyyədə | |||
İllər | Liqa | Rolu | |
2011–2022 | FİFA dərəcəli hakim | Hakim |
Dəniz Aytəkin (alm. Deniz Aytekin; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli futbol hakimi.[2]
Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb.[3] 2011-ci ildən FİFA referisidir.[3][4] 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib.[5]
Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib.
1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.[6] Buna səbəb matçın son dəqiqələrində tribunadan atılan bir pivə şüşəsinin yan xətt hakiminə tuş gəlməsi olub.[6] Aytəkin dərhal həmkarının yanına gedib və onunla söhbətdən sonra matçın 89-cu dəqiqəsində oyunun yarımçıq saxlanması haqda qərar verib. Həmin vaxt hesab 2:0 "Şalke 04"ün xeyrinə olub.[6]
Dəniz Aytəkin 1.97 sm boya malikdir.[7] Bavariya vilayətinin Oberasbax şəhərində yaşayır.[8] İxtisasca iqtisadçıdır.[9]