Dəstəgird

Dəstəgird
39°22′06″ şm. e. 46°02′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1951
Sahəsi
  • 0,5 km²
Mərkəzin hündürlüyü 2.050 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 300 nəf. (2015)
Rəsmi dili Azərbaycanca
Xəritəni göstər/gizlə
Dəstəgird xəritədə
Dəstəgird
Dəstəgird
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.

1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[1] qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır[2].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.183
  2. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.79
  3. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.73
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 146-147
  5. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 76-77, 146-147