EA Digital Illusions CE AB | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Filial |
Sənaye | Videooyun sənayesi |
Məhsulları |
|
Təsis tarixi | 1992[1] ) |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | ▲ 127.000 milyon kron[2] (2016) |
Ümumi aktivlər | ▲ 468.531 milyon kron[2] (2016) |
Ümumi gəliri | ▲ 1,176.949 milyon kron[2] (2016) |
Xalis mənfəəti | ▲ 65.584 milyon kron[2] (2016) |
Əməliyyat mənfəəti | ▲ 86.899 milyon kron[2] (2016) |
Struktur | |
İşçi sayı | 640 (2016) |
Ana şirkət | Electronic Arts (2006–h.h.) |
Rəhbərlik | |
Təsisçilər |
|
dice.se | |
Vikianbarda əlaqəli mediafayllar |
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır.
"DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir.[1] Onlar The Silents (azərb. Səssizlər) adlı bir demoqrupun keçmiş üzvləri idilər.[3][4]
Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər. Həmin il "DICE" şirkətinin baş ofisi Stokholm şəhərində yerləşən "Refraction Games" ilə birləşmişdi.[5]
1998-ci ildə şirkət İsveçin fond birjasına daxil olmuşdur. "DICE" 1999-cu ildə "Codename Eagle" adlı bir oyun hazırlamışdır. Bu oyunun az diqqət cəlb etməsinə baxmayaraq, oyunun davamı olan "Battlefield 1942" şirkət üçün inqilabi bir videooyun olmuşdur. "Battlefield" seriyasının məşhurluğu şirkətin 2004-cü ildə 55 milyon ABŞ dolları dəyərində olması ilə nəticələnmişdir.[6]
2000-ci ilin yanvar ayında "DICE" "Refraction Games" şirkətini satın almışdır. Buna əlavə olaraq, onlar "Synergenix Interactive" şirkətinin 90%-ni satın almışdır. Şirkət bir il sonra, 2001-ci ilin mart ayında baş ofisi Kanadanın Ontario şəhərində yerləşən "Sandbox Studios" studiyasını satın almışdır.
2004-cü ilin noyabr ayında videooyun nəşrçisi olan "Electronic Arts" "DICE" şirkətinin hər bir səhminə 61 İsveç kronu ödəyəcəyini açıqlamışdır.[7] 31 mart 2005-ci ildə "Electronic Arts" "DICE" şirkətinin 62%-nə sahib idi.[8]
2 oktyabr 2006-cı ildə "Electronic Arts" "DICE" şirkətinin bütün səhmlərini (2 milyon 600 min səhm) 175 milyon 500 min İsveç kronuna (23 milyon ABŞ dolları) satın almışdır.[8] "DICE" şirkətinin adı "EA Digital Illusions CE" olaraq dəyişdirilmiş, Baş Direktor Patrik Söderlund isə "EA" Studiya Baş Meneceri olmuşdur.[9] Fredrik Liliqren rəhbərliyindəki "DICE Canada" "Electronic Arts"ın şirkəti satın almasından dərhal sonra bağlanmışdır.[10]
2013-cü ilin may ayında şirkətin filialı olan "DICE Los Angeles" açılmışdır. "DICE LA" "Medal of Honor: Warfighter" videooyununun kommersial müvəffəqiyyətsizliyindən sonra bağlanan "Danger Close Games" studiyasının ofisində açılmışdır. Həmin studiyanın bir neçə işçisi "DICE LA" ofisinə göndərilmişdir.[11] "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.[12]