Ecem Taşın | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 20 yanvar 1991 (33 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Şəngül Dəmiral | ||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Ədirnə Cüdo Olimpik Spor Klubu | ||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||
18 oktyabr 2024 tarixində yenilənib. |
Ecem Çavdar Taşın (20 yanvar 1991) ― –48 kq çəki dərəcəsində mübarizə aparan türk görmə məhdudiyyətli (B2 sinifli məhdudiyyət) cüdoçu.[1] O, 2016 və 2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Taşın Türkiyənin Ədirnə şəhərindəki Trakya Universitetində idman menecmenti ixtisası üzrə təhsil alıb.[2] O, idmana yüngül atletika ilə başlamış, 18 yaşında görmə qabiliyyətini itirdikdən sonra bu idmanla məşğul olmağı dayandırmışdır.[3] Taşın daha sonra cüdo ilə məşğul olmağa başlayıb. O, Ədirnə Cüdo Olimpik Spor Klubunun üzvüdür və ona Şəngül Dəmiral məşqçilik edir.[1]
Taşın 2011-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən IBSA Dünya Oyunlarında iştirak etmiş və 7-ci yeri tutmuşdur.[4] O, Macarıstanın Eqer şəhərində keçirilən 2013 IBSA Cüdo üzrə Avropa Çempionatında isə bürünc medal qazanıb.[5]
2014-cü ildə ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən IBSA Dünya Çempionatında mübarizə aparıb və 7-ci yeri tutub.[6]
2015-ci ilin fevral ayında Taşın Eqerdə keçirilən IBSA Dünya Kubokunda mübarizə aparıb və 7-ci yeri tutub.[7] May ayında Cənubi Koreyanın Seul şəhərində keçirilən IBSA Dünya Oyunlarında iştirak edərək 5-ci yerin sahibi olub.[8] Oktyabr ayında o, Portuqaliyanın Odivelas şəhərində keçirilən 2015 IBSA Cüdo üzrə Avropa Çempionatında bürünc medal qazanmış və beləliklə, 2016 Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmışdır. Paralimpiya Oyunlarında o, bürünc medalın sahibi olub.[9]
2017-ci ilin yanvarında Daşkənddə keçirilən IBSA Dünya Kubokunda iştirak edib və bürünc medal qazanıb.[10] Həmin ilin avqustunda İngiltərənin Uolsall şəhərində keçirilən IBSA Avropa Çempionatında gümüş medalın sahibi olmuşdur.[11]
Taşın 2018-ci ilin aprel ayında Antalyada,[12] sentyabr ayında isə Atırauda keçirilən IBSA Dünya Kubokunda 3-cü yerdə yekunlaşıb.[13] Həmin ilin noyabrında Odivelasda keçirilən IBSA Dünya Çempionatında 5-ci yeri tutub.[14]
İtaliyanın Genuya şəhərində keçirilən 2019 IBSA Avropa Çempionatında mübarizə aparmış Taşın bürünc medalın sahibi olmuşdur.[15][16] Həmin ilin may ayında isə o, IBSA Bakı Qran Prisində yarışıb və 5-ci yeri tutub.[17] O, eyni turnirdə 2021-ci ildə də mübarizə aparmış və bu dəfə qızıl medalın sahibi olmuşdur.[18]
Taşın Tokio şəhərində keçirilən 2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparmış və 7-ci yeri tutmuşdur.[19] Paralimpiya oyunlarında o, zədə almış, çarpaz bağları qopmuşdur.[3]
2022-ci ildə o, Bakıda keçirilən IBSA Dünya Çempionatında gümüş medalın sahibi olub.[20][21]
2023-cü ilin yanvarında Taşın Portuqaliyanın Almada şəhərində keçirilən IBSA Qran Prisində gümüş medal qazanıb.[22] Avqust ayında o, Hollandiyanın Rotterdam şəhərində keçirilən Avropa Para-çempionatında və İngiltərənin Birminhem şəhərində keçirilən IBSA Dünya Çempionatında mübarizə aparmış və hər iki turnirdə gümüş medal qazanmışdır.[23]
O, 2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında J1 kateqoriyasında mübarizə aparıb və bürünc medalın sahibi olub.[24]
Ecem Çavdar Taşın 20 yanvar 1991-ci ildə anadan olub.[1] Onun 18 yaşına qədər görmə qüsuru olmamış, lakin bundan sonra o, görmə qabiliyyətini itirməyə başlamışdır və hazırda 95% görmür.[3]