Eduard Azaryan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1958 (66 yaş) və ya 4 noyabr 1958 (66 yaş) |
Doğum yeri | |
Atası | Albert Azaryan |
Boyu | 175 sm |
Gimnastika karyerası | |
Gimnastika növü | bədii gimnastika |
Eduard Albertoviç Azaryan (erm. Էդուարդ Ազարյան; rus. Эдуард Альбертович Азарян; 11 aprel 1958 və ya 4 noyabr 1958, İrəvan) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir.
Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır.[1]
1992-ci ildən ABŞ-də yaşayır. Aliso Viexoda (Kaliforniya) yaratdığı gimnastika mərkəzində məşqçiliklə məşğuldur.