Edvin Habbl

Edvin Habbl
ing. Edwin Powell Hubble
Doğum tarixi 20 noyabr 1889(1889-11-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 1953(1953-09-28)[3][2][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Həyat yoldaşı
  • Qresi Lillian Burk[d]
Elm sahəsi astronomiya
Elmi dərəcəsi
İş yerləri
  • Yerkes rəsədxanası[d],
  • Vilson dağı rəsədxanası[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvin Pauell Habbl (ing. Edwin Powell Hubble; 20 noyabr 1889[1][2][…], Marşfild[d], Missuri28 sentyabr 1953[3][2][…], San Marino[d], Kaliforniya[3]) — amerikalı astronom.

O, kainat haqqında anlayışı əsaslı şəkildə dəyişdirərək, təkcə bizim (Süd yolu) yox, digər qalaktikaların da mövcudluğunu təsdiqlədi. O, həmçinin uzaq qalaktikaların işıq spektrində müşahidə edilən Dopler effektinin (bu halda "qırmızıya sürüşmə" adlanır) miqyasının Yerdən müəyyən qalaktikaya qədər olan məsafəyə mütənasib olaraq artması fikrini də nəzərdən keçirdi. Bu mütənasib əlaqə Habbl qanunu kimi tanındı (iki il əvvəl eyni kəşfi belçikalı alim Jorj Lemetr də etmişdir).

Amerikan astronomu Edvin Habbl XX əsr elminin klassiklərindən sayılır. O, özündən sonra bizim üçün möhtəşəm irs qoyub gedib ki, bunu da onun adı ilə, Habbl qanunu adlandırırlar. Edvin Habbl qalaktikaların yeni təsnifatını, zaman keçdikcə onların genişləndiyini müşahidə etmişdir. Bu, böyük partlayış nəzəriyyəsinin ən böyük sübutu hesab olunur. Məşhur Habbl teleskopu alimin şərəfinə adlandırılmışdır.

Edvin Habbl 20 noyabr 1889-cu ildə, Missuri ştatının kiçik şəhəri Marşfilddə, sığorta agenti olan Con Pauel Habblın ailəsində anadan olmuşdur. Astronomiyaya Edvinin hələ uşaqlıqdan həvəsi var idi. Bu ona həvəskar teleskop düzəldən ana babasından keçmişdir.

1906-cı ildə Edvin məktəbi qurtarır. 16 yaşında Habbl, o vaxtkı dövrün 10 ən yaxşı universitetlər sırasında olan Çikaqo Universitetinə daxil olur. O zamanlar universitetdə astronom F. R. Multon işləyirdi. Habblın astronomiya elminə həvəsinin güclənməsində onun əməyi böyük olub.

Habblın tələbəlik illərindəki həyatı barədə məlumat çox azdır. Ancaq onun idmana olan marağı barədə deyilir. O, tələbəlik vaxtında boksla, basketbolla məşğul olub. Hətta bir çoxları onun peşəkar boksun ardınca gedəcəyinə inanırdılar.

Universiteti bitirdikdən sonra Edvin təhsilini davam etdirmək üçün İngiltərəyə gedir. Kembricdə dəqiq elmlərdən savayı, o, hüquqşünaslığı da öyrənir. Burada, Kraliça Kollecində, İngiltərə elitasının arasında olmaq, onun gələcək həyatında, özünü aparmağında, humanitar elmlərə, kitablara həvəsinin oyanmasında böyük rol oynayır.

1913-cü ildə Edvin vətəninə geri dönür. O, öz təhsilini artırmaq üçün Çikaqo Universitetinə qayıdır. O, Yerkes rəsədxanasında, professor Frostun rəhbərliyi altında, fəlsəfə elmləri doktoru dərəcəsini almaq üçün, spiral dumanlıqları araşdıraraq, elmi iş üzərində işləməyə başlayır. Elə o vaxtı Habbl – spirallar qalaktikaların, ulduz sistemlərinin aralarındakı məsafələr milyon işıq ili ilə hesablanır – fikrini irəli sürmüşdür.

Bu ərəfələrdə astronomiya sahəsində böyük yeniliklər gözlənilirdi. D. E Heylin rəhbərlik etdiyi Maunt-Vilson rəsədxanası, yüz düymlük refrektorlu teleskopun hazırlanmağı üzərində çalışırdı. Bir çoxları kimi Habbl da bu rəsədxanada işləmək üçün təklif alır. Amma, onun elmi işinin sona çatmasına az qalmış, 1917-ci ildə Amerika Birinci Dünya Müharibısinə qədəm qoyur. Ona görə, cavan alim rəsədxanada işləmək təklifinə rədd cavabı verib, könüllü orduya yazılır. O, hərbi hazırlıq keçir və "Qara quzğun" diviziyasının piyada taborunun komandiri təyin olunur. 1919-cu ildə Habbl ordudan qayıtdıqdan sonra, Heylin təklifini qəbul etmık üçün tələsir.

Rəsədxanada Edvin dumanlıqları, Süd Yolu qalaktikasında olan obyektləri öyrənməyə başlayır. Planetar dumanlıqların işıq saçma səbəbinin, daxildə olan planetlərin ulduzlarının xaric etdiyi ultrabənövşəyi şüaların təsirindən olduğu Edvin Habbla məxsusdur.

Daha sonra Habbl Süd Yolu qalaktikasından qıraqda olan, dumanlıqları öyrənməyə başlayır. Məlum olur ki. Bu dumanlıqlar da, bizim qalaktikamız kimi, özünəməxsus qallaktikaların daxilindədirlər. Edvin Habbl ən əsas, bu qalaktikaları növlərə ayırır. spiral, elliptik və nizamsız. Bu növlərə bölünmə elmdə indiyə kimi də davam edir.

1923-cü ildə Edvin Habbl 60–100 düymlük reflektorlarla Andromeda dumanlığını müşahidə edib, öyrənməyə başlayır. O, belə qərara gəlir ki, böyük Andromeda dumanlığı, ayrı ulduz sistemidir. Belə bir fikri, o, MOS6822 dumanlığı barədə də deyir.

1929-cu ilin yanvarında Habbl Amerika Milli Elmlər Akademiyasında, qalaktikaxarici dumanlıqların məsafəsi və radial sürəti barədə məruzə ilə çıxış edir. Maunt-Vilson rəsədxanasında uzaq qalaktikaların radial sürətləri təyin olumağa başlanılır. 1936-cı ildə M. Hyumason yüzdən çox qalaktikalar haqqında məqalə dərc edir. Rekord sürət — 42000 km/s olmaqla, Böyük ayı bürcündə olan qalaktikalarda idi. Bu artıq 100 düymlük teleskopların son göstəricisi idi. İrəli getmək üçün, daha güclü texnika lazım idi.

1935-ci ildə Xabl və fizik R. Tolmen qırmızıya sürüşmənin təbiətini öyrənməyə başlayırlar.

Amma Edvin Habbl son qərarı, 200 düymlük reflektorun hazır olmasından sonra deyəcəyini bildirir.

Habbl tez bir zamanda dünyanın məşhur astronomuna çevrilir. Onu Amerikanın, İngiltərənin tanınmış universitetlərində məruzə oxumağa dəvət edirlər. Yerkes universitetində, o, qalaktikalar barədə bir sıra kurs məruzələr oxuyur ki, sonradan bu məruzələr "Dumanlıqlar dünyası" adlı kitab şəklində çap olunur.

Onun dostları arasında tanınmış insanlar da az deyil – bəstəkar İqor Stravinski, Yazıçı Oldos Haksli, rəssam və rejissor Volt Disney, amerika və ingiltərəli yazıçılar, aktyorlar. Habbl fəlsəfə ilə də dərindən maraqlanır, XVI–XVII əsrlərin astronomiya haqqında nadir kitablarını yığır.

Habblın siyasətlə də məşğul olduğu haqqında məlumatlar var. 1940-cı ilin oktyabrında, o, açıq şəkildə Amerikanı, Dünya müharibəsində, Böyük Briyaniyaya kömək üçün səsləyir. 1941-ci ilin noyabrında Perl-Harbor faciəsinə altı həftə qalmış Edvin Habbl Azerika veteranlarına müraciət edir: "Mən demirəm biz İngiltərə və yaxud Rusiyaya tərəfdə döyüşək. Mən deyirəm ki, bu bizim, amerikalıların da müharibəsidir. Əgər faşizmi məhv etmək üçün köməyimiz lazımdırsa, biz bu köməyi əsirgəməmliyik."

Birləşmiş Ştatlar Yaponiyaya müharibə elan edən kimi, əlli yaşlı Habbl orduya xidmət üçün cəhdləri boşa çıxır. Ancaq, 1942-ci ildə ona Aberdin poliqonunda (Amerikanın şərq sahilləri) arxa cəbhədə çalışmaq nəsib olur. Poliqonda ballistik laboratoriya var idi ki, ona Habbl rəhbərlik edirdi. Öz əməyinə görə onu 1946-cı ildə medalla təltif edirlər. Belə mükafatlar həmin il, atom bombasının hazırlanmasına görə Fermi, Oppenqeymer və digər fiziklərə də verilib.

Müharibədən sonra Habbl adi həyata qayıtdıqda, o, qəti şəkildə deyir ki, müharibələr artıq dayanmalıdır. Yeni nəsil silahlar, atom bombaları Dünyanı xarabalıqlara çevirəcək.

Rəsədxanaya işə qayıdan Habbl, 200 düymlük (508 sm) yeni teleskopun hazırlanması ilə məşğul olur. O, əminliklə bilirdi ki, bu yeni alətin düzəldilməsinin əməyi onun üzərindədir. "200 düymlük teleskop bizə cavab verəcək ki, qırmızıya sürüşməni Kainatın genişlənməsinə səbəb kimi nəzərə almaq olar, yoxsa yox."

Onun həmkarları , Habblın hesablamalarının, kifayət qədər effekt vermısinə şübhə edirdilər. Onu 1949-cu ildə bu teleskopun hazırlanması işindən ayırırlar. Amma, yeni alətdə ilk şəkilləri almaq ona nəsib olur.

1949-cu ildə Habbl agır ürək xəstəliyi keçirir. Xəstəlikdən sonra, çətinliklə də olsa, o, işə qayıdır. Qalaktikalarda dəyişikliklər, yeni ulduzların axtarışı ilə məşğul olur.

1953-cü ilin mayında Edvin Habbl İngiltərəyə, Kral Astronomiya Birliyində məruzə oxumaq üçün gedir. Onu xəstəlikdən sonra görənlər, səhhətində yaxşılığa doğru xeyli dəyişikliklər olduğunu deyirlər.

Edvin Habbl 28 sentyabr 1953-cü ildə həyat yoldaşı ilə birlikdə rəsədxanadan, nahar fasiləsinə gələn zaman gözlənilmədən keçirtdiyi insult nəticəsində dünyasını dəyişir.

Onun basdırıldığı yer heç kimə məlum deyil. Bu onun həyat yoldaşının tələbi idi. Amma, onun şərəfinə Ayda krater, asteroid və 1990-cı ildə ən güclü teleskop adlandırılıb.

  1. 1 2 https://web.archive.org/web/20110630015230/http://hubble.nasa.gov/overview/hubble_bio.php.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 3 4 Хаббл Эдвин Пауэлл (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  5. 1 2 NNDB (ing.). 2002.
  6. Find a Grave (ing.). 1996.