Elbrus kərtənkələsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Elbrus kərtənkələsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Elbrus kərtənkələsi (lat. Darevskia defilippii) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Orta ölçülü kərtənkəlıdir. Uzunluğu 59 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Biğaz nahiyəsində 22-31 arası pulcuq olur. Bədəninin mərkəz hissəsində isə 43-60 pulcuğa rast gəlinir.
Bədəninin yuxarı hissəsi qəhvəyi rəngə çalır. Bel nahiyəsində tund nöqtələr vardır. Qarın nahiyəsi parlaq-Qırmızı, ağımtıl və üzərləri isə mavi ləkəlırlə örtülüdür.
Türkmənistanda Kopetdağın yüksəkdağlıq ərazilərində və İranda Şərqi Elbrus silsiləsində yayılmışlar. Mazandaran və Gilan ostanlıqlarında üstünlük təşkil edir. Çay kənarlarında, qayalıqlarda, daşların üzərlərində və dərin dərələrdə yayılırlar. Kopetdağda 1500-1600 m yüksəkliklərdə yayıla bilir. İranda hətta 2000 metrdən yuxarı yüksəkliklərdə belə görünür.
Cücülər və kiçik onurğasızlarla qidalanır. Çoxalması öyrənilməmişdir. Sayı azlıq təşkil edir. Tükmənistanda cəmi yarım min baş aşkarlanmışdır. Bu səbəbdən Qırmızı Kitaba daxil edilmişsir.