Elizabet Blekbörn | |
---|---|
ing. Elizabeth Blackburn | |
| |
Doğum tarixi | |
Doğum yeri | Avstraliya, Hobart |
Elm sahələri | Molekulyar və hüceyrə biologiyası |
Elmi dərəcəsi | Böyük Britaniya doktorluq dərəcəsi |
İş yerləri | London Kral Cəmiyyəti, Amerika Mikrobiologiya Akademiyası |
Alma-mater | Kembric Universiteti, Melburn Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Frederik Senger |
Tanınmış yetirməsi | Karol Qreyder |
Üzvlüyü | |
Mükafatları | Nobel mükafatı laureatı |
biochemistry2.ucsf.edu/labs/blackburn | |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet Elen Blekbörn (d.26.11.1948, Avstraliya, Hobart ş.) — Amerika sitogenetiki, Nobel mükafatı laureatı (2009, K. Qreyder və C. Şostak ilə birlikdə).[4]
London Kral cəmiyyətinin (1992), Amerika Mikrobiologiya Akademiyasının üzvüdür (1993). Melburn Universitetini (1972) bitirmişdir. 1975-ci ildə Kembric Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini almışdır.[4]
1975–77-ci illərdə Yel Universitetində (ABŞ, Konnektikut ştatı) molekulyar və hüceyrə biologiyası sahəsində çalışmış, Berklidəki Kaliforniya Universitetində (1978-ci ildən), San-Fransiskodakı Kaliforniya Universitetində (1990-cı ildən), Solk İnstitutunda fəaliyyət göstərmişdir. Telomeraza fermentini, bu fermentin köməyi ilə xromosomların mühafizə mexanizmini kəşf etmişdir.[4]
Blekbörn həyat yoldaşı Con Ve Sedat ilə San-Fransiskoda yaşayır və onların Benjamin adında bir oğulları var.[5]