Elizabet Blekbörn

Elizabet Blekbörn
ing. Elizabeth Blackburn
Elizabet Blekbörn 2012-ci ildə AİC qızıl medalı ilə
Elizabet Blekbörn 2012-ci ildə AİC qızıl medalı ilə
Doğum tarixi (75 yaş)
Doğum yeri Avstraliya, Hobart
Elm sahələri Molekulyar və hüceyrə biologiyası
Elmi dərəcəsi Böyük Britaniya doktorluq dərəcəsi
İş yerləri London Kral Cəmiyyəti, Amerika Mikrobiologiya Akademiyası
Alma-mater Kembric Universiteti, Melburn Universiteti
Təhsili
Elmi rəhbəri Frederik Senger
Tanınmış yetirməsi Karol Qreyder
Üzvlüyü
Mükafatları Nobel mükafatı laureatı
biochemistry2.ucsf.edu/labs/blackburn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elizabet Elen Blekbörn (d.26.11.1948, Avstraliya, Hobart ş.) — Amerika sitogenetiki, Nobel mükafatı laureatı (2009, K. Qreyder və C. Şostak ilə birlikdə).[4]

London Kral cəmiyyətinin (1992), Amerika Mikrobiologiya Akademiyasının üzvüdür (1993). Melburn Universitetini (1972) bitirmişdir. 1975-ci ildə Kembric Universitetində (Böyük Britaniya) doktorluq dərəcəsini almışdır.[4]

1975–77-ci illərdə Yel Universitetində (ABŞ, Konnektikut ştatı) molekulyar və hüceyrə biologiyası sahəsində çalışmış, Berklidəki Kaliforniya Universitetində (1978-ci ildən), San-Fransiskodakı Kaliforniya Universitetində (1990-cı ildən), Solk İnstitutunda fəaliyyət göstərmişdir. Telomeraza fermentini, bu fermentin köməyi ilə xromosomların mühafizə mexanizmini kəşf etmişdir.[4]

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]
  • Avstraliya mükafatı (1998)
  • Harvi mükafatı (1999)
  • Keio Tibbi Elm Mükafatı (1999)
  • Kaliforniya İlin Elm Adamı 1999-cu il
  • Kaliforniya Hall of Fame (2011) 
  • Nobel Mükafatı Laueratı (2009)

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Blekbörn həyat yoldaşı Con Ve Sedat ilə San-Fransiskoda yaşayır və onların Benjamin adında bir oğulları var.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]