Elliott Ervitt | |
---|---|
fr. Elliott Erwitt | |
Doğum tarixi | 26 iyul 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2023[3] (95 yaşında) |
Vəfat yeri | |
Uşağı | 4 |
Təhsili | |
Fəaliyyəti | fotoqraf, fotojurnalist, jurnalist, kinorejissor, incəsənət xadimi |
Üzvlüyü |
|
elliotterwitt.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Elliott Ervitt (ing. Elliott Erwitt, 26 iyul 1928[1][2][…], Nöyi-sür-Sen, Fransa[5][6] və ya Paris[7] – 30 noyabr 2023[3], Manhetten, Nyu-York ştatı, ABŞ[8][6]) — məşhur Fransa əsilli Amerikalı reklam və sənədli fotoqrafı. Ən yüksək şöhrəti ona qara və ağ fotoşəkilləri gətirmişdir.
Elliott Ervitt rus yəhudilərinin ailəsində Fransada anadan olub. Həyatının ilk 10 ilini İtaliyada keçirdi, sonra ailəsi Fransaya köçdü və oradan 1939-cu ildə ABŞ-yə köçdü. 1942–1944-cü illərdə Los-Ancelesdə fotoqrafiya təhsilini davam etdirdi. 1944-cü ildə Ervitin valideynləri boşandı, atası aliment ödəmədi və gənc özü üçün pul qazanmaq məcburiyyətində qaldı. 1948-ci ildən 1950-ci ilə qədər Nyu-Yorkda The New Schollda kinomatoqrafiya tədqiq etmişdir.
1950-ci illərdə Ervitt Almaniya, Fransa, ABŞ ordusunda köməkçi fotoqraf kimi çalışmışdır. Daha sonra Collier, Look, Life və Holiday jurnalları üçün fotoqraf kimi işlədi. 1953-cü ildə o, dünyanın bir çox yerində fotoşəkil layihələrində sərbəst şəkildə iştirak etməyə imkan verən Maqnum Foto agentliyinə işə getdi.