Elçin Əsədov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Elçin Arif oğlu Əsədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Füzuli, Azərbaycan SSR |
Boyu | 175 sm. |
İdman növü | Velosipedi idmanı |
Məşqçisi | Arif Həsənov |
Vikianbarda əlaqəli mediafayllar |
Elçin Əsədov (12 fevral 1987, Füzuli) — Azərbaycanı təmsil edən velosipedçi.[1]
Elçin Əsədov 2000-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Asif Həsənovdur.
Ümumi olaraq 11 dəfə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Elçin Əsədov beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Elçin Əsədov 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı, 2022-ci ildə isə Əziz Şuşa beynəlxalq veloyürüşünün qalibi oldu.
Elçin Əsədov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] İyulun 24-də baş tutan fərdi turnirdə Elçin Əsədov finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.[2][3][4]