Erato Kozaku-Markullis

Erato Kozaku-Markullis
yun. Ερατώ Κοζάκου-Μαρκουλλή[1]
Doğum tarixi 3 avqust 1949(1949-08-03)[2][3] (75 yaş)
Doğum yeri
Uşağı 1[4]
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Elmi dərəcələri
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erato Kozaku-Markullis (yun. Ερατώ Κοζάκου-Μαρκουλλή; 3 avqust 1949[2][3], Limasol, Limasol rayonu[d]) — Kiprli diplomat və dövlət xadimi. İyul 2007 - mart 2008 və 5 avqust 2011 - 27 fevral 2013-cü il arasında Kipr Xarici İşlər Naziri olaraq çalışmışdır[5]. Bu vəzifəni tutan ilk qadın olur.

Öz etirafına görə: "Anam 1916-cı ildə Gürcüstanda, Suxumi şəhərində anadan olmuşdur. Əsilləri Trabrondan, Pont yunanlarından olub. Qızlıq adı Varvara Apostolovna Tekmiçova olmuşdur. O, Suxumidə böyümüşdür. TiflisdəOdessada inşaat mühəndisi olaraq təhsil alır və 1935-ci ildə ailəsi ilə Yunanıstana mühacirət edir və orada kiprli atamla tanış olur. Anam rus dilində ana dili kimi danışırdı və böyük bacımla məni rus mahnıları və nağılları ilə böyüdmüşdü".

Erato Kozaku-Markullis 1949-cu ildə Limassolda anadan olub. 1972 və 1974-cü illərdə bitirdikləri Afina Universitetində ictimai hüquq və siyasət elmləri daxil olmaqla hüquq elmlərini oxuyur. 1979-cu ildə Helsinki Universitetində Sosiologiya və Siyasi Elmlər doktoru dərəcəsi almışdır. 1980-2007-ci illərdə Kipr Respublikası Xarici İşlər Nazirliyində diplomat vəzifəsində çalışmışdır. Xüsusilə 1996-1998-ci illərdə Finlandiya, Norveç, Danimarka, İslandiya, Litva, LatviyaEstoniyada paralel akkreditasiya ilə İsveçdəki səfir vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Kanada, Braziliya, QayanaYamayka, Beynəlxalq Mülki Aviasiya TəşkilatıAmerika Dövlətləri Təşkilatında paralel akkreditasiya ilə Kipr Respublikasının ABŞ-dakı səfiri; 2005-2007-ci illərdə Livanİordaniyada səfir olur[6].

16 iyul 2007-ci ildə Prezident Tassos Papadopoulos tərəfindən Xarici İşlər Naziri təyin edilir və bu vəzifəni 28 fevral 2008-ci ilə qədər tutur. Öz etirafı: "Ünsiyyətpərəst bir insan olaraq xarici media ilə mümkün qədər çox əlaqə qurmağı arzulayıram <…> Kiprin hədəflərini həyata keçirmək üçün bu cür ünsiyyət diplomatiyasını təqdim etmək istəyirəm". Xarici İşlər Naziri rütbəsində Kıprın çox sayda ölkə ilə əlaqələrini inkişaf etdirir, ilk dəfə Səudiyyə Ərəbistanı, KüveytQırğızıstan kimi ölkələrə səfərlər edir. Prezident Papadopoulos ilə birlikdə Lissabon müqaviləsinin imzalanmasında iştirak edir.

2 mart 2010-cu ildə Rabitə və İctimai işlər naziri olur və ikinci dəfə Xarici İşlər Naziri təyin edildiyi 2011-ci ilin avqust ayına qədər bu vəzifədə çalışır. 28 Fevral 2013-cü ildə onu İoannis Kasoulides əvəz edir.

Qeorqe Markullislə evlidir. İki oğul anasıdır[7].

  1. Ερατώ Κοζάκου-Μαρκουλλή Υπουργός Εξωτερικών (yun.).
  2. 1 2 Index Kl-Ky (ing.).
  3. 1 2 CV of Ambassador Erato Kozakou Marcoullis (ing.). 2001.
  4. 1 2 3 4 5 6 7 8 9 Erato Kozakou-Marcoullis Minister of Foreign Affairs (ing.).
  5. "Minister of Foreign Affairs Mrs Erato Kozakou-Marcoullis". MOI. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 September 2012.
  6. Γραφείο Τύπου και Πληροφοριών - Ανακοινωθέντα[ölü keçid]
  7. "Γραφείο Τύπου και Πληροφοριών - Τελευταίες Ειδήσεις". Cyprus Government. 16 July 2007. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 September 2012.