Ernest Orlando Lourens

Ernest Orlando Lourens
ing. Ernest Orlando Lawrence
Doğum adı Ernest Orlando Lawrence
Doğum tarixi 8 avqust 1901(1901-08-08)[1][2][…]
Vəfat tarixi 27 avqust 1958(1958-08-27)[3][4][…] (57 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı Enriko Fermi mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ernest Orlando Lourens (ing. Ernest Orlando Lawrence; 8 avqust 1901[1][2][…]27 avqust 1958[3][4][…], Palo-Alto[d], Kaliforniya, ABŞ[5][6][…]) — amerikalı fizik, Nobel mükafatına layiq görüldüyü (1939) ilk siklotronun yaradıcısı (1930). Nüvə fizikasında araşdırmalar apardı və atom bombasının yaradılmasında iştirak etdi.

ABŞ Milli Elmlər Akademiyasının üzvü (1934), SSRİ Elmlər Akademiyasının xarici fəxri üzvü (1942).

Ernest Orlando Lourens 8 avqust 1901-ci ildə Cənubi Dakotanın Kanton şəhərində anadan olub. Valideynləri Karl Qustavus və Qunda (Yakobson) Lourens, atasının direktoru olduğu Kantonda orta məktəbdə oxuyarkən tanış olan Norveç mühacirlərinin nəsillərindən idi. Daha sonra tibb sahəsinə girən və nüvə tibbində qabaqcıl olan kiçik bir qardaşı Con Lourens var idi. Uşaqlıqdakı ən yaxşı dostu sonradan çox bacarıqlı bir nüvə fizikası olan Merl Tuve idi.

Lourens Kanton və Pyer dövlət məktəblərində təhsil aldı, sonra Minnesota ştatının, Nortfild Müqəddəs Olaf Kollecinə daxil oldu, ancaq bir il sonra Vermillion Cənubi Dakota Universitetinə köçürüldü. Kimya fakültəsini 1922-ci ildə, fizika üzrə magistr dərəcəsini 1923-cü ildə Minnesota Universitetindən Uilliam Frensis Qrey Suonnanın rəhbərliyi ilə almışdır. Magistr tezisi üçün Lourens ellipsoidi maqnit sahəsi ilə fırladan təcrübə aparatı qurdu[7][8][9].

  1. 1 2 Ernest Orlando Lawrence // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Ernest Orlando Lawrence // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Лоуренс Эрнест Орландо // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 http://www.britannica.com/EBchecked/topic/332920/Ernest-Orlando-Lawrence.
  5. 1 2 Лоуренс Эрнест Орландо // Лоуренс Эрнест Орландо (rus.). / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 Ernest Lawrence (ing.). Nobel Foundation.
  7. Childs, Herbert. An American Genius: The Life of Ernest Orlando Lawrence, Father of the Cyclotron (New York). 1968. 23–30, 47–49, 61, 63–68.
  8. Eugene Register-Guard. "Inventor of cyclotron dies after surgery" (Associated Press). 1958. 5b.
  9. Berdahl, Robert M. "The Lawrence Legacy" (Office of the Chancellor). 2001.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]