Espresso

Espresso
Aid olduğu milli mətbəxlər
İtaliya mətbəxi
Mənşəyi
Tarixi 1884
Tərkibi
Əsas yaşıl qəhvə[d]
Təfərrüatları
Tipi Qəhvə

Espresso (it. espresso)[1][2] — qaynar suda (təqribən 90 dərəcədə) qəhvənin[3] hazırlanma üsullarından biri[4][5]. Espresso bütün dünyada, xüsusilə də Avropadaİtaliya[6], İspaniyaPortuqaliyada məşhurdur[7][8][9].

Əksər insanın sevimli içkisi türk qəhvəsinin digər oxşar növü isə qərbdə qəhvə hazırlanmasında tətbiq edilir[10]. Onlar bir az fərqli olaraq qəhvəni bir az daha iri çəkib isti suda saxlayır, ardından isti süzgəc və ya filtrdən keçirərək içirlər. Bu içki espressodur. Hər şeydən əvvəl espressoda önəmli olan üzərindəki köpüyüdür. Bu köpüyə "crema" (krem) deyilir[11][12]. Krem qəhvənin möhtəşəm aromasının bayıra uçmaması, yox olmaması üçün xidmət edir və qəhvə içilib qurtarana kimi yox olmur. Yaxşı bir krem həm qəhvənin keyfiyyətinə, həm də hazırlayanın bacarığına bağlıdır. Mükəmməl bir espressonun köpüyü qalın, açıq-qəhvəyi rəngdə olur. Buna "pələng dərisi" adı verilir. Mükəmməl espressonun ikinci əlaməti köpüyün dayanıqlığıdır. Bunu yoxlamaq üçün iki kiçik qaşıq şəkəri qəhvənin üzərinə tökün. Şəkər iki saniyə batmadan köpüyün üzərində qalmalıdır. Belə olmasa, aldığınız espressonu dərhal qaytarın və düzgün espresso hazırlanmasını tələb edin.

Espressonun hazırlanması

Bir stəkan yaxşı espresso üçün 50 qəhvə çəyirdəyi lazımdır. Bunların "arabica" cinsi çəyirdəklər olması lazımdır. Bu çəyirdiklər üyüdülərək 6.5 qram toz qəhvə əldə olunur. Yəni hər espresso üçün 6.5 qr qəhvə istifadə edilir. Bu qəhvədən keçirməli olduğunuz sadəcə 3 xörək qaşığı sudur. Daha çox su qoysanız, çəyirdəklərin dadı, ləzzəti suya keçir və qəhvənin dadı pozulur. Espressonun kiçik qablarda və çox içilməsinin səbəbi də budur. Duble espresso içəcəksinizsə suyu deyil, qəhvəni çox işlətməlisiz.

Espresso sürpizlərlə dolu bir qəhvədir. Tərkibində 1200 növ kimyəvi maddə var və 700-800 ədədi aroma verir. Kofeini azdır[13]. “Arabica” çəyirdəklərində yüzdə 50 daha az kofein olur. Tərkibində həmçinin maqnezium, B vitamini, nakin, riboflavin və s. vardır.

Klassik ekspressodan başqa eskpressonun aşağıdakı növləri də vardır:

  • Doppio — espressonun ikiqat porsiyasıdır.
  • Ristretto — eyni miqdarda qəhvə, lakin su miqdarı 18 ml-ə qədər azalır.
  • Lunqo — eyni miqdarda qəhvə, lakin su miqdarı 70 ml-ə qədər artır.
  • Dean, Adam. "The Founding Fathers of Espresso". Whole Latte Love. 23 May 2006. 27 December 2012 tarixində arxivləşdirilib.
  • Fumagalli, Ambrogio. Coffee Makers. Chronicle Books. 1995. ISBN 0-8118-1082-8.
  • Illy, Andrea; Viani, Rinantonio. Espresso: The Science of Quality. Academic Press. ISBN 0-12-370371-9.
  • Illy, Francesco; Illy, Riccardo. The Book of Coffee. Milano: Abbeville Press. 1989. ISBN 1-55859-321-7.
  • Schomer, David C. Espresso Coffee: Professional Techniques. 1996.
  • Стивенсон Т. Эспрессо // Большая книга кофе = The curious barista's guide to coffee (2015) / Пер. с англ. З. Тимофеевой. — М.: Э (Эксмо), 2017. — С. 104—119. — 223 с.
  • Кофе: рецепты, коктейли, советы, мастер-классы / Сост. Денисов Д. И., Цыро С. В.. — М.: Ресторанные ведомости, 2014. — С. 72—83. — 176 с.
  • Шомер Д. С. Кофе Эспрессо. Руководство для профессионалов = Espresso coffee: Professional techniques (2004) / Пер. с англ. В. В. Полонского. — М.: Гурмэ Стайл, 2007. — 176 с.
  1. "«Origin From Italian (caffè) espresso, literally pressed out (coffee).»". 2018-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  2. espresso // Oxford English Dictionary. Oxford University press. 1989. 8 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2009.
  3. Illy, Francesco; Illy, Riccardo. The book of coffee : a gourmet's guide (1st American). New York: Abbeville Press. 1992. ISBN 978-1558593213.
  4. Illy, "Il caffè e i cinque sensi" [1] Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine: "La tazzina di porcellana bianca incornicia la çrema: una trama sottile nei toni del nocciola, percorsa da leggere striature rossastre"
  5. "Espresso Coffee". Coffee Research Institute. 18 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2011.
  6. "L'Espresso Italiano Certificato" (PDF). Istituto Nazionale Espresso Italiano. 9 July 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 April 2011.
  7. "Show Foods". 24 November 2013 tarixində arxivləşdirilib.
  8. "Espresso Tamping". CoffeeResearch.org. 12 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2013.
  9. "Today's Espresso Scene". Home Barista. 24 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2011.
  10. "Espresso | Ərzaqlar | Kayzen". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  11. "What is Crema?". seattlecoffeegear. 12 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 June 2013.
  12. "Espresso Crema". ChemistryViews.org. 9 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2014.
  13. "How much caffeine is in your daily habit? – MayoClinic.com". 2010-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.