Euro Truck Simulator 2

Euro Truck Simulator 2
Buraxılış tarixləri 18 oktyabr 2012
Sonuncu versiya
Sonuncu beta-versiya
Texniki məlumat
Platforma Microsoft Windows, macOS[2], Linux
Mühərrik FMOD
Oyun rejimi birnəfərli oyun[2], çoxnəfərli oyun[3], kooperativ oyun[d][2]
İnterfeysin dili ingilis dili[4], çex dili[4], Danimarka dili[4], alman dili[4], Eston dili[4], ispan dili[4], Bask dili[4], fransız dili[4], xorvat dili[4], Macar dili[4], italyan dili[4], Litva dili[4], niderland dili[4], Bukmol[4], polyak dili[4], portuqal dili[4], braziliya portuqal dili[4], Rumın dili[4], rus dili[4], Slovak dili[4], Sloven dili[4], Serb kiril əlifbası[4], isveç dili[4], fin dili[4], Vyetnam dili[4], türk dili[4], ukrayn dili[4], yapon dili[4], koreya dili[4], sadələşdirilmiş Çin dili[d][4], ənənəvi Çin dili[d][4], bolqar dili[5], katalan dili[5], Qalisiya dili[5], gürcü dili[5], yunan dili[5], Norveç dili
Daşıyıcı DVD, rəqəmsal distribusiya, optik disk
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Euro Truck Simulator 2Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır.

Virtual sürücülər

[redaktə | mənbəni redaktə et]

Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər.

Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır. Avropa şəhərlərində maksimal sürət, bir qayda olaraq, 130 km/saniyə, yollarda təmir işləri gedərkən və ya şəhərə yaxınlaşarkən sürət həddi 100 km/saniyəyə qədər enə bilir. Mürəkkəb relyefli yollarda, məsələn, Çexiyaİsveçrə xəritələrində sürət həddi 80 km/saata qədər enə bilir. Almaniyanın altızolaqlı avtobanlarında isə sürət həddi yoxdur. Böyük Britaniyada şəhərlərdə maksimal sürət 30 mph (48 km/s) ilə məhdudlaşır. Yol sahələrində təmir işləri aparıldığı təqdirdə və ya körpülərin üzərində sürət həddi 50 mph (80 km/s) qədər, qalan yollarda və avtobanlarda sürət həddi 60 mph (97 km/s) qədər olur. Sürət rejiminin pozulmasına Böyük Britaniya ərazisində 2–3 km/saat icazə verilir, lakin Almaniyada bəzi yollarda 80 km/s, hətta 90–92 km/s sürət həddini aşdıqda belə pozuntular müşahidə edilmir. İcazə verilən sürət həddinin aşılmasına görə 550 avro cərimə tətbiq edilir.

Yorğunluq simulyasiyası

[redaktə | mənbəni redaktə et]

Oyunun vaxtı daha sürətlidir və real həyatdan fərqlənir. Oyunda 1 dəqiqə real vaxtda təxminən 5–10 saniyəyə uyğundur. Sürücünün maksimal iş rejimi istirahətdən sonra 11 saat təşkil edir, bundan sonra oyunçu 9 saat ərzində istirahət etmək üçün ən yaxın dayanacağa çatmalıdır. Maksimal iş rejimi həddi aşıldıqda, sürücü əsnəməyə və gözlərini bağlamağa başlayır. Əgər sürücü gözlərini bir neçə bağlayıb-açdıqdan sonra hələ də istirahət dayanacağına çatmamısınızsa, sürücü sükan arxasında yuxuya düşür: monitor bir müddət qaranlıq olur və siz avtomobilin qarşısını nə görə bilir nə də sürətini idarə edə bilirsiniz və bu adətən qəza ilə nəticələnir. Naviqatorda yorğunluq indikatoru var, həmçinin növbəti istirahətə dayanmazdan əvvəl F6 düyməsini basmaqla naviqator bölməsində baxmaq olar. İstirahət üçün dayanacaqlar istənilən yanacaqdoldurma məntəqəsində, pullu yollarda gediş haqqının ödənilməsi postlarında, həmçinin ikizolaqlı yolların kənarlarında və ya avtomagistrallarda işıqlandırılan böyük parkinqlərdə tapmaq olar. Bundan əlavə, avtomobil təmirçisi, otel yaxınlığında və oyunçu tərəfindən satın alınan qaraj şəhərlərində də sürücülər istirahət edə bilər. Yorğunluq simulyasiyası parametrlərdə söndürülə bilər. Bu zaman sürücü yorulmur.

Əlavə paketlər

[redaktə | mənbəni redaktə et]

Euro Truck Simulator 2 offers several DLC base map expansion packs. Below is a list of major expansion packs provided by the developers.

Adı Buraxılış tarixi Haqqında
Going East 20 sentyabr 2013 2013-cü ilin yanvar ayında buraxılması fikri yayımlandı.[6] Bu buraxılışda Çexiya, MacarıstanSlovakiya yer aldı.[7] İyul ayında Macarıstana daha 2 şəhər əlavə edildi: PécsSzeged.[8]
Scandinavia 7 may 2015 Skandinaviya ölkələri – Danimarka, NorveçFinlandiyanın yer aldığı 7 may 2015-ci ildə Steam-ə əlavə olunan paket.
Vive la France! 5 dekabr 2016 2016-cı ilin əvvəlində duyuruldu. Paketin əsəs özəlliyi Fransanın bütün xəritəsinin tamamilə hazır olması idi.[9]
Italia 5 dekabr 2017 11 avqust 2017-ci ildə İtalia əlavə paketinin buraxılacağını sosial şəbəkədə elan etdi,[10] və 4 ay sonra – 5 Dekabrda oyunçulara təqdim etdi. Bu əlavə paketində İtaliya tamamilə hazır idi.[11]
Beyond The Baltic Sea 29 noyabr 2018[12] 2 mart 2018-ci ildə ela edilən,[13] və Baltik ölkələri olan Estoniya, Litva, Latviya, Rusiyanın qərbi və Finlandiyanın cənubunun yer aldığı əlavə paketi. 29 noyabr 2018-ci ildə buraxılmışdır.

Oyunun inkişaf tarixi

[redaktə | mənbəni redaktə et]
  • 2013-cü ilin mart ayında SCS Software şirkəti oyunun MacOS versiyasını yaratmağa başladığını elan etdi.
  • 2013-cü ilin aprel ayında Linux əməliyyat sistemi üçün oyunun beta versiyasını buraxdı.
  • 2013-cü ilin İyul ayında, oyunun parametrlərində bir çox dəyişikliklər baş verdi.
  • 2013-cü ilin oktyabrında SCS Software ETS 2 oyununun Oculus Rift VR tərəfindən dəstəkləndiyini açıqladı.
  • 27 fevral 2014-cü il tarixində şirkət bildirib: "ETS 2-nin MacOS platformasına üçün yaradılması istədiyimizdən daha çox vaxt tələb etdi, amma biz hələ bunun üzərində çalışırıq".
  • 2014-cü ilin may ayında ETS 2 metal boyalarına dəstək verən beta 1.10 versiyasına güncəlləşdirildi.
  • 14 may 2015-ci ildə əlavə "Scandinavia" əlavə paketi çıxdı.
  • 30 sentyabr 2015-ci ildə "Cabin Accessories" əlavə paketi buraxılıb.
  • 14 aprel 2016-cı il tarixində "Təkər Tuning" əlavə paketi buraxılıb.
  • 29 iyun 2016-cı ildə əlavə "Mighty Griffin Tuning" əlavə paketi yayımlanıb.
  • 16 sentyabr 2016-cı il tarixində "Schvarzmüller Trailer" əlavə paketi çıxdı.
  • 5 dekabr 2016-cı il alındı əlavə 20 Yeni Fransa şəhərlərinin əlavə edilməsi ilə "Vive la France!" əlavə paketi çıxdı.
  • 13 may 2017-ci il tarixində ağır yük əlavə etmək funksiyasını əlavə edən "Heavy Cargo Pack" əlavə paketi yayımlandı.
  • 5 dekabr 2017-ci il tarixində İtaliya şəhərlərindən təşkil olunan "İtalia" əlavə paketi çıxarıldı.
  • 13 dekabr 2017-ci il tarixində "Special Transport" əlavə paketi meydana çıxdı.
  • 29 noyabr 2018-ci il tarixində "Baltic Sea Beyond" əlavəsi çıxdı və oyuna Litva, Latviya, Estoniya, Cənubi FinlandiyaRusiyanın qərb əraziləri əlavə edilib.
  1. 1 2 Driving Academy Release. 2024.
  2. 1 2 3 Steam. 2003.
  3. Alex Euro Truck Simulator 2: 1.41 Release. SCS Software, 2021.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 https://eurotrucksimulator2.com/support.php.
  5. 1 2 3 4 5 https://crowdin.com/project/scs-trucks.
  6. "ETS2 Eastern European Expansion". SCS Software. SCS Software. 31 January 2013. 3 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2013.
  7. Savage, Phil. "Euro Truck Simulator 2 heads east for its first DLC expansion". PC Gamer. Future Publishing Limited. 4 September 2013. 9 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2013.
  8. "Arxivlənmiş surət". 2015-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
  9. "SCS Software | Euro Truck Simulator 2 – Vive la France!". SCS Software. 12 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2016.
  10. "Arxivlənmiş surət". 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
  11. "Sardinia". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
  12. "Beyond the Baltic Sea releasing on November 29". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
  13. "Arxivlənmiş surət". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.