Farqeza katalpası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Farqeza katalpası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Farqeza katalpası (lat. Catalpa fargesii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.
Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə bitir.
Hündürlüyü 20 m-ə çatan, ulduzvari-tüklü cavan zoğlu, yarpağını tökən ağacdır.Yarpaqları ucu biz və ya yumru, ürəkşəkilli, qarşı-qarşıya düzülüşlü, uzunluğu 20 sm-ə qədər olub, uzun saplaqlıdır. Kənarları bütöv və ya çıxıntılı, sadədir. Yarpaq ayasının üst səthi bir az tüklü, alt tərəfi isə çox tüklüdür, saplağın uzunluğu 10 sm-dir, sürtüldükdə xoşagəlməz qoxuludur. Çiçəklərinin uzunluğu 3,5 sm, rəngi çəhrayı və ya çəhrayı-qırmızıdır, 7-15 ədəd olmaqla, süpürgə çiçək qrupuna yığılmışdır. Çiçək tacı içəri tərəfdən xallıdır.
Sərt qışda zoğlar, adətən donur. Qışın sərt keçməsinə baxmayaraq katalpa hər il çiçəkləyir, lakin meyvə vermir. Bitki küləkdən yaxşı qorunan yerlərdə çətirinin gözəlliyini saxlaya bilir və şaxtalarda donmur.
Bakı, Gəncə, Şəki və s. şəhər və rayonlarda həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
Cinsin digər növlərinə nisbətən yarpaqları tez açılır və payızın axırlarına qədər rəngini dəyişmədən yaşıl qalır. Parkların və şəhər əkinlərinin yaşıllaşdırılması üçün məsləhət görülən dekorativ növdür.