Fatma Gül Gülər | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Doğum tarixi | 12 fevral 2004 (20 yaş) | |||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||
Boyu | 1,63 m | |||||||||||||||||||||||||
Çəkisi | 51 kq | |||||||||||||||||||||||||
İdman növü | Qolbol | |||||||||||||||||||||||||
Məşqçisi | Gültəkin Karasu | |||||||||||||||||||||||||
Komandası | Kahramanmaraş Akçakoyunlu İSK | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
10 sentyabr 2024 tarixində yenilənib. |
Fatma Gül Gülər (12 fevral 2004, Qəhrəmanmaraş) — görmə məhdudiyyətli türk paralimpiya qolbolçusu. O, dünya və Avopa çempionu olan Türkiyə milli qolbol komandasının üzvüdür.
Güləri qolbol oynamağa 2012-ci ildə ibtidai sinif müəllimi yönləndirib.[1] O, gözdən əlillər üçün orta məktəbdə təhsil aldığı müddətdə məktəbin komandasında oynayıb. Onun məktəbinin komandası 2018-ci ildə Qızlar arasında Qolbol üzrə Türkiyə Çempionatında ikinci olmuşdur.[2]
O, doğulduğu şəhər olan Qəhrəmanmaraşın "Akçakoyunlu İdmanyurdu" idman klubunda oynayır. Klub Türkiyə Qadın Qolbol Birinci Liqasında mübarizə aparır.[1] Gülərin məşqçisi Gültəkin Karasudur.[3][4]
Gülər 2024-cü ildə Fransanın Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının finalında İsraili məğlub edərək qızıl medal qazanmış Türkiyə milli komandasının üzvü olub.[5]
Fatma Gül Gülər 12 fevral 2004-cü ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olub.[3] O, anadangəlmə görmə qüsurludur.[1]
Orta təhsilini gözdən əlillər üçün məktəbdə başa vurduqdan sonra Qaramandakı Qaramanoğlu Mehmetbəy Universitetinin İdman elmləri fakültəsində idman məşqçiliyi ixtisası üzrə təhsil almağa başlamışdır.[1][2]