Ferdinand | |
---|---|
Tarixi | |
Hazırlayan | Ferdinand Porşe |
İstehsalçı | Porsche |
Buraxılış sayı, əd. | 91 |
Vikianbarda əlaqəli mediafayllar |
Nazı Almaniyası ordusu Wehrmacht tərəfindən II. Dünya Döyüşü əsnasında istifadə edilən bir Panzerjäger ardıcıllığı tank məhv edici vasitə idi. Ferdinand adını tankın dizaynını çəkən Ferdinand Porschedən götürmüşdür.
Zəriflik və incəlikdən məhrum olaraq inkişaf etdirilən tank, hələ qüsurlu idi. 90 ədəd tank Porsche istehsalı Tiger I-ə aid ancaq yeni palitra və polad təkərli şase ilə istehsal edildi. Mühərrik tankın gövdəsinin orta hissəsində yerləşdirildi. Şasenin üzərinə sadə bir qutu şəklindəki üst quruluş yerləşdirildi. Sürücü və radio operatoru tankın ön qismində iki ayrı kupe ayırırdı. Vasitəyə 8.8 sm KwK 43 top yerləşdirildi. Bu silah məşhur 88 mm-lik top deyildi. Bu top Krupp tərəfindən inkişaf etdirilən, lakin FlaK modeli olaraq xidmətə girən yeni bir model idi. Yeni topun çox daha uzun bir lüləsi (bu mərmiyə daha çox lülə çıxış sürəti təmin edirdi) var idi. Bunun sayəsində Flak 18 və ya 36 topun istifadə etdiyi güllələrdən daha uzunlarını atmağa imkan verirdi. Bu sayədə 88mm L/71 topuna çox daha yaxşı zireh deşmə xüsusiyyəti təmin edirdi. Top yalnız 25° yanal və eyni dərəcədə yüksəlmə bucağı altında hərəkət edə bilirdi.
Porsche firmasına aid Nibelungenwerke fabrikində (St. Valentin, Avstriya) Ferdinand tankında istifadə edilmək üzrə 100 ədəd Tiger tankına aid şassi istehsal edildi. Henschel tərəfindən inkişaf etdirilən Tiger modelinin seçilməsində ötəri Porsche modelli Tiger şassisinə onsuz da ehtiyacda vardı. Bu səbəbdən yeni istehsal ediləcək tankın məhv edici vasitəsində Porscheyə aid şassinin istifadə edilməsinə qərar verildi. Silah olaraq da Krupp tərəfindən yeni inkişaf etdirilən 8.8 sm KwK 43 tank topu seçildi. Bu qüsursuz top sayəsində Ferdinand düşmən tankının mənzilinə girmədən onu məhv edə biləcəkdi. 91 ədəd Ferdinand tankı istehsal edildi. (şase nömrələri 150010 ilə 150100 arası).
Porsche istehsalı hava soyutmalı iki mühərriyin yerinə yenə iki ədəd amma 300 hplik Maybach HL 120 TRM mühərrik istifadə edildi. Bu mühərriyə bağlı iki elektrik generatoru tankın zəncir dişlilərinə hərəkət verirdi. Ayrıca bu elektrikli mühərriklər tankın sükan sisteminə köməkçi olurdu. Ancaq bu benzin-elektrikli sistem tanka həddindən artıq yanacaq xərclədirdi. Buna baxmayaraq hərəkət qabiliyyəti çox zəif olan tankın hərəkətini təmin edən dişlilərin hər 480 km-dən bir dəyişdirilməsi lazım idi.
Tankın normalda 100 mm-lik olan ön zirehi üzərinə bolt ilə bərkidilən 100 mm-lik yan zireh tanka əlavə olaraq 5 ton ağırlıq gətirirdi. Silahının böyüklüyü səbəbiylə ekipaj tankın arxa hissəsində otururdu. Mühərrik tankın orta hissəsində idi. Sürücü və radio operator ön tərəfdə otururdu. Tank üzərindəki işlər mart ayından may 1943 arasında çox qısa müddətdə tamamlandı.
Sentyabr 1943-cü ildə Kursk döyüşündən xilas olan bütün Ferdinand tankları, döyüşdən əldə edilən təcrübələr işığının altında təkrar fabriklərə geri döndülər. Oktyabr ilə noyabr 1943 arasında 50 ədəd tanka düşmən piyadasına qarşı istifadə edilmək üzrə gövdəsinin ön tərəfinə MG 34 pulemyotu, komandirin daha yaxşı görə bilməsi üçün kiçik bir qübbə (StuG III modelindəki kimi) əlavə olundu və Zimmerit ilə örtüldü. Bu kimi kiçik dəyişikliklərlə tankın ağırlığı 65 tondan 70 tona çıxdı. Vasitənin adı 1 may 1944-cü ildə Hitlerin əmri ilə Elefant oldu.
İstehsal edilən Ferdinand-lar bölüklər içərisində dəstələrə bölünərək xidmətə alındı. Ancaq bu vasitələri qoruyacaq piyada və tank birlikləridə onlara yoldaşlıq etdi. Hücum vəziyyətlərində Jagdpanzer ilk olaraq düşmənə tanklarına hücum edirdi. Müdafiə vəziyyətində isə yalnız görünə bilməyən düşmən tanklarına ani basqın vermək üzrə arxada gözləyirdi.
91 ədəd hazır vəziyyətdəki Ferdinand ilk olaraq Kursk döyüşü əsnasında istifadə edildi. Haradasa hər cür Sovet tankını yox etdilər, amma haradasa tankların yarısı ilk 4 gün içərisində istifadə edilə bilinməz bir hala gəldi. Bunu səbəbi Sovet atəşi deyil, mexaniki problemlər və ya minalar üzündən ziyan görən palitra və süspansiyon sistemi idi. Qarşıdurma əsnasında Sovet atəşinə məruz qalaraq yox edilən tankların sayı çox az idi. Bunun səbəbi bu tankların Sovet istehsalı hər cür antitank sursatına malik zirehə sahib olması idi. Ancaq bu tanklar hər nə qədər düşmən antitank silahlarına qarşı qalın zirehə sahib olsa da, vasitənin ikinci silahı yalnız 1 ədəd 7.62 mm-lik pulemyot idi. Bu silahın gücü isə, tanka hücum edən düşmən piyadasını dayandırmağa çatmırdı. Bir ədəd Ferdinand Sovet istehsalı yeni SU-152 hücum topu tərəfindən yan zirehindən vurularaq məhv edilmişdir.
(qaynaq: The Combat History of schwere Panzer Abteilung 653, Karlheinz Munch, səhifə 67-69). Ziyan görən bir çox Ferdinand tankları tankın şəxsi heyəti tərəfindən tərk edilmişdir. Bunun səbəbi tank çəkilmək üçün həddindən artıq çox ağır idi və tankı təmir etməkdə qeyri-mümkün idi. Bu qarşıdurmadan xilas olan az sayda tank 1943-cü ildə Dnepr cəbhəsində istifadə edildi.
Avstriya tərəfindən təkrar baxış keçirilən və inkişaf etdirilən bu tanklara Elefant adı verildi. Yeniləmənin ardından tank bir qədər inkişaf etmiş olsa da, bəzi problemlər heç bir zaman həll edilə bilinmədi. 1944-cü ildə Elefant tankları İtaliya cəbhəsində vəzifəyə göndərildi. Ancaq 70 tona yaxın olan ağırlığı səbəbiylə İtaliya sərhədləri içərisindəki körpü və yollarda irəliləyə bilmədiyindən istifadə edilə bilmədi. Davamlı ehtiyat hissəyə ehtiyacı olan bu tankların çoxu düşmən tərəfindən məhv edilməkdən çox, öz şəxsi heyəti tərəfindən havaya uçurulub, tərk edilmişdir. Ferdinand birliyi ən son yanvar 1945-ci ildə sovetlərin qarşı hücumu əsnasında Vistül-Oderin müdafiə edilməsində vəzifə yerinə yetirmişdir. Geriyə qalan bir neçə tank Berlinin müdafiəsində istifadə edilmişdir.
Günümüzə yalnız 2 ədəd Ferdinand tankı qalmışdır. Bunlardan ilki Kursk döyüşü əsnasında Sovetlərin əlinə keçən və indi Kubinka Tank Muzeyi Moskvada sərgilənən vasitədir. İkincisi isə Amerikalılar tərəfindən Anzioda ələ keçərilən və United States Army Ordnance Muzeyində saxlanan vasitədir.