Fransalı İzabella | |
---|---|
fr. Isabelle de France | |
6 aprel 1255 – 4 dekabr 1270 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 mart 1241 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 aprel 1271 (30 yaşında) |
Dəfn yeri | |
Atası | IX Lüdovik |
Anası | Provanslı Marqarita (Fransa kraliçası) |
Həyat yoldaşı | I Çarlz |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Fransalı İzabella (fr. Isabelle de France; 18 mart 1241, bilinmir – 17 aprel 1271) — Navarra kralı II Teobaldın xanımı, Navarra kraliçası.[1]
İzabella 1241-ci ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ikinci qızı olaraq dünyaya gəldi. Hələ 2 yaşındaykən böyük bacısı Blanşın vəfatıyla cütlüyün ən böyük övladı oldu. Hələ 1254-cü ildə Navarra kralı II Teobald İzabellayla evlənmək istədiyini bildirdi. Ancaq evlilik şərti olaraq, IX Lüdovik kral və bacısı arasındakı taxt mübarizəsinin nəticələnməsini gözlədi. Ardından 6 aprel 1255-ci ildə Melöndə baş tutan mərasimlə İzabella Navarra kraliçası elan olundu.
Olduqca dindar olan İzabellanın bu evlilikdən övladı olmadı. 1270-ci ilin iyulunda atası və əriylə birlikdə Səkkinci səlib yürüşünə qatılan İzabella həmin ilin avqustunda atasını, dekabrında isə ərini itirdi. Səfərdən geri dönən İzabella anasıyla birlikdə vətəni olan Provansa qayıtdı. Ancaq burada çox yaşamadı və cəmi 2 ay sonra burada vəfat etdi.