Fransua Delsart

Fransua Delsart
François Alexandre Nicolas Chéri Delsarte
Ümumi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Fransa Fransa
Musiqiçi məlumatları
Fəaliyyəti Teatr pedaqoqu, musiqiçi, müğənni, aktyor, vokal sənəti nəzəriyyəçisi
Səs tembri tenor
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransua Delsartfransız teatr pedaqoqu, musiqiçi, müğənni (tenor), aktyor və vokal sənəti nəzəriyyəçisi.[1]

1826–30-cu illərdə Parisdə A.Koronodan, nəğmə dərsləri almış, daha sonra konservatoriyada A.Qarode və L.A.Ponşar – atanın tələbəsi olmuşdur. “Opera-Komik” teatrında çıxış etmişdir. Artistlik fəaliyyətindən çox tez uzaqlaşmış, Parisdə Şatel abbatlığının xormeysteri olmuşdur; kilsə nəzdində nəğmə kursları açmışdır. Paris konservatori yasında dərs demişdir. Aktyorlar Raşel, B.K.Koklen onun şagirdləri olmuşlar.[1]

İsveçrə fizioqnomika nəzəriyyəçisi İ.K.Lafater, həmçinin F.A.Mesmer, J.Q.Debüro və başqalarının ona təsiri olmuşdur. Aktyor hazırlamaq üçün öz sistemini işləyib hazırlamışdır. Sistem Delsartın şagirdlərindən olan Amerika dramaturqu, aktyorrejissor S.Makkey (1869–70-ci illərdə Delsartın dərslərində iştirak etmişdir) tərəfindən qeydə alınmış və 19-cu əsrin sonlarında geniş yayılmışdır.[1]

Delsart səs texnikası ilə bərabər, aktyor sənətinin bütün komponentlərini də tədqiq etmişdir. Delsart aktyor oyununun kodifikasiyasına ilk təşəbbüs göstərənlərdən biridir. Onun formulə etdiyi “Hərəkətin 9 qanunu” (“hərəkət”, “ritm”, “reaksiya”, “ifadəlilik” və s.) müasir teatr pedaqogikasında da tətbiq olunur.[1]

Delsartın nəzəriyyəsi modern rəqsin təşəkkülündə başlıca rol oynamış, E. Jak-Dalkroz, T. Şoun, R. fon Laban və K. Yossun yaradıcılığında inkişaf etdirilmişdir. Vokal sənəti nəzəriyyəsinə dair əsərlərin, fortepiano ilə səs üçün metodik vəsaitlərin müəllifidir, Delsart həmçinin intonasiya təmizliyinə nəzarət edən cihaz işləyib hazırlamışdır.  [1]

  1. 1 2 3 4 5 Delsart// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 454.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]