Fransua de Laroşfuko

Fransua de Laroşfuko
fr. François de La Rochefoucauld
Doğum tarixi 15 sentyabr 1613(1613-09-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 17 mart 1680(1680-03-17)[3][2][…] (66 yaşında)
Vəfat yeri
Fəaliyyəti memuarçı, yazıçı, hərbi qulluqçu
Əsərlərinin dili fransız dili
Tanınmış əsərləri
  • Mənəvi düşüncələr[d]
Mükafatları Knight of the Order of the Holy Spirit Knight of the Order of Saint-Michel
Vikimənbənin loqosu Fransua de Laroşfuko Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransua de Laroşfuko, VI Fransua, Roşfuko hertsoqu (fr. François VI, duc de La Rochefoucauld, 15 sentyabr 1613[1][2][…], Paris17 mart 1680[3][2][…], Paris, Fransa) — Fransa yazıçısı və əxlaq vaizi. Özünün "Əxlaq qaydaları" (Maximes) əsəri ilə tanınır. Qədim zadəgan ailəsində doğulub. Gəncliyində orduda xidmət edib. Sent-Antuan döyüşündə yaralanıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Laroşfuko özünün "Düşüncələr" və "Xatirələr" adlı əsərlərini yazmağla məşğul olub. Dövrünün Buaro, Rasin, Molyer kimi görkəmli adamların yaxın dostu olub. "Düşüncələr" əsərində insanın hərəkət və münasibətlərinin eqoizmdən doğduğunu, insanın öz ehtiraslarının əsiri olduğunu, onun hərəkətlərinin ağıl və düşüncə ilə deyil, şəxsi mənafe hissləri ilə idarə olunduğunu qeyd edir. Laroşfukoya görə sosial qanunlarla insan təlabatının qanunları uyğun gəlmir. Nəticədə, insanlar arasında bu qədər ikiüzlülük hökm sürür və ümumiyyətlə bütün xeyirxah əməllər insanların bəd niyyətlərinin maskalanmır ifadəsidir. Laroşfuko əsərləri üzərində dönə-dönə işləyib. O aforizmləri ilə insanın öz-özünü tanımasına kömək etmək istəyir. Ona görə başqasının bizim haqqımızda dediklərinə dönə-dönə qulaq asmaq lazımdı.

Çünki, dünyada bunu heç kim istəmir və xoşlamır. Bununla da eyblər çoxalır və dərinləşir. Saxtakarlıq həqiqət donunda hər yanda hökm sürür. Buna görə hamı maska taxıb yaşayır. Xeyirxah sözlər kimin dilində çoxsa, birinci saxtakar odur. Laroşfuko yazır ki , insanların sözdə özlərini ədalətli göstərməsi əslində onların ədalətsiz əməllərini ört-basdır etmək üçündür. O, yazır ki , öz xeyirxah əməlini yaymaq cəzasız şər əməllər törətmək vasitəsidir. Laroşfukoya görə insanların ən böyük bəlası onların özlərini sevməsi, özlərinə aşiq olmalarıdır. Bu cəhətdən istisna təşkil edən adam tapmaq çətindir. Laroşfuko Avropa fəlsəfəsində moralist pessimizmin acdadlarından biridir.

  1. 1 2 Moore W. G. Francois VI duke de La Rochefoucauld // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 François de La Rochefoucauld // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 François VI. La Rochefoucauld // Brockhauz Ensiklopediyası (alm.).