Fransuaza Saqan | |
---|---|
fr. Françoise Sagan | |
Doğum adı | Françoise Marie Anne Quoirez[4] |
Təxəllüsü | Françoise Sagan[5] |
Doğum tarixi | 21 iyun 1935[1][2][…] |
Vəfat tarixi | 24 sentyabr 2004[2][3][…] (69 yaşında) |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi |
Təhsili | |
Fəaliyyəti | dramaturq, romançı, ssenarist, bioqraf, kinorejissor, şair |
Fəaliyyət illəri | 1954-cü ildən |
Əsərlərinin dili | fransız dili |
Janrlar | esse, teatr, poeziya |
Tanınmış əsəri | |
francoisesagan.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransuaza Saqan' və ya əsl adıyla Fransuaza Kore (21 iyun 1935[1][2][…] – 24 sentyabr 2004[2][3][…]) — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır.
Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.
İlk əsəri olan "Salam kədər" romanı, 1954-cü ildə, Saqan 18 yaşında olarkən nəşr edilmişdir. Kitab, qısa müddətdə beynəlxalq səviyyədə uğur əldə etmişdir.