Frederik Antal | |
---|---|
mac. Antal Frigyes | |
Doğum adı | Adler Frigyes |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | Macar |
Təhsili | Hüquq, Sənətşünas |
Frederik Antal (mac. Antal Frigyes; 21 dekabr 1887[2], Budapeşt[1] – 4 aprel 1954[2], London[2]) — macar sənətşünas.
21 dekabr 1887-ci ildə Budapeştdə Yəhudi əsilli Macar ailəsində anadan olmuşdur. Ali məktəbi hüqüqşünas ixtisası üzrə bitirdikdən sonra, Frederik Antal sənətşünaslıq ixtisasına yiylənmək qərarına gəlmişdir. 1914-cü ildə Vyanada Maks Dvorakın rəhbərliyi altında sənətşünaslıq sahəsi üzrə doktorluk dissertasiyasını müdafiə etmişdir. Univeristet illərində o, Bila Balaj, Görgi Lukaz və başqaları tərəfindən formalaşdırılan “Bazar günü dairəsi”[3] adlı intellektual qrupun üzvlərindən biri idi.
Frederik Antal öz karyerasına 1914-cü ildə Budapeşt Milli İncəsənət Muzeyində könüllü olaraq başlamışdır. 1919-cu ildə o, muzeyin idarə heyətinin sədri vəzifəsinə təyin olunsa da, bir neçə ay sonra Macarıstan Sovet Resprublikasının dağılması ilə ölkəni tərk etmişdir. 1923-cü ilə qədər İtaliyada yaşadıqdan sonra Berlinə köçərək burada “Sənətşünaslıq ədəbiyyatı haqqında mühüm məlumatlar “ adlı qəzetin redaktoru vəzifəsində çalışmışdır. Lakin Nasist partiyasının Almaniyada yüksəlməsi ilə başlayan qarışıqlıq nəticəsində Frederik Antal yenidən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1933-cü ildə İngiltərədə məskunlaşan Antal London Universitetinin təklifi ilə burada Sənətşünaslıq fənnindən dərs deməyə başlamışdır. 1954-cü ilin aprel ayının 4-də London şəhərində vəfat etmişdir.[4]