GMR | |
---|---|
Təsis tarixi | 2003 |
Nəşrini dayandırıb | 2005 |
Ölkə | |
Dil | ingilis dili[1] |
ISSN | 1544-6816 |
gmr.1up.com |
"GMR" — ABŞ və Kanada aylıq videooyun jurnalı. "Ziff Davis" tərəfindən nəşr olunurdu. "GMR" 2003-cü ilin fevralında fəaliyyətə başlamış, ilk vaxtlarda yalnız Electronics Boutique (EB) videooyun mağazalar şəbəkəsində satılmışdır. Jurnalın fəaliyyəti düz iki il davam etmişdir.
Jurnal "Electronics Boutique" tərəfindən maliyyələşdirildiyi üçün "Gamestop" şirkəti "EB Games" ilə birləşdirildiksən sonra jurnalın dövriyyəsi dayandırılmışdır. Buna səbəb "Gamestop"un öz jurnalı olan "Game Informer" idi.
"GMR" 2003-cü ilin avqust nömrəsinin çıxarılmasından sonra nüfuzuna xələl dəymişdir. Bu, zamanlar çox gözlənilən "Xbox" döyüş oyunu "Ninja Gaiden" üçün eksklüziv ilk resenziya kimi təqdim edilmişdir. Oyun nömrənin üz qabığında nümayiş etdirilmişdi və ona əla rəy verilmişdi, lakin çox keçməmiş, oyunun istehsalçısı onun buraxılışını 2004-cü ilin əvvəlinə qədər təxirə salmışdır. Beləliklə, "GMR" tərəfindən yayımlanmış resenziya oyunun istehsalda olan versiyasına əsaslandığı üçün etibarsız sayılmışdır.[2]