Gendersid — sistematik gender motivli qətl. Termini ilk dəfə Meri Enn Uorren 1985-ci ildə öz yazmış olduğu kitabında istifadə etmişdir.[1] Gendersid, embrionun cinsindən asılı olaraq məqsədyönlü şəkildə öldürüldüyü zaman abort ola bilər. Gendersid daha çox üçüncü dünya ölkələrində yayılıb. Artıq bir neçə milyon qız onun qurbanına çevrilib.
Çox vaxt bu fenomen sosial-iqtisadi səbəblərlə izah olunur və əhalinin sağlamlığı, iqtisadiyyatı və ölkələrin inkişafı üçün ciddi nəticələrə səbəb olan qlobal sosial problemdir. Bu fenomen Cənubi və Şərqi Asiyada, xüsusən də dünyanın ən sıx əhalisi olan ölkələrində — Çin və Hindistanda özünü göstərir. Ekonomist jurnalına istinadən selektiv döl abortları qadın ilə birlikdə ən azı 100 milyon qız uşaqlarının həyatina son qoyur və onların sayı artmaqdadır.[2]
Gendersid termini ilk dəfə amerikalı feminist Meri Enn Uorren tərəfindən Gendersid: Gender Seçiminin Nəticələri adlı kitabında istifadə edilmişdir. Uorren "soyqırım anlayışı" ilə onun "gendersid" adlandırdığı termin arasında oxşarlığa diqqət çəkdi. Uorren Oksford İngilis dili lüğətində soyqırımın "bir insan irqinin qəsdən məhv edilməsi" kimi tərifinə istinad edərək yazırdı:
Analoji olaraq, gendersid müəyyən bir cinsdən olan şəxslərin qəsdən məhv edilməsi mənasını ifadə edəcək. "Genosid" (soyqırım) və "femisid" kimi digər terminlər qızların və qadınların haqsız yerə öldürülməsinə istinad etmək üçün istifadə olunur, lakin "gendersid" həm kişiləri, həm də qadınları hədəf ala bilən gender baxımından neytral bir termindir. Belə bir gender-neytral terminə ehtiyac var, çünki qurbanın kişi olduğu halda gender əsaslı qətllər də qəbuledilməzdir. Bu termin diqqəti gender rollarının çox vaxt ölümlə nəticələnməsinə yönəldir.[3]
Adam Cons "Gendercide and Genocide" (ing.) əsərində qlobal tarixi perspektivdə "gendersid" "insan münaqişəsinin müəyyənedici xüsusiyyətidir" və "dünyada müasir hərbi-siyasi münaqişələrin hər yerdə yayılmış xüsusiyyətidir" deyə qeyd edir.[4] Cons yazır ki, soyqırım təkcə qadınlara qarşı hücumlarla məhdudlaşmır, həm də kişi əhalinin sağlam hissəsinə edilən hücumları əhatə edir. Consun fikrincə, gendersid "elmi və ya siyasi əhəmiyyət kəsb etmir". Müəllif iddia edir ki, soyqırım qismən illərlə davam edən iqtisadi böhran və resursların çatışmazlığı nəticəsində ənənəvi kişi gender rollarının saxlanmasına böyük gərginliyin nəticəsidir.[5] Consun təhlili boyu qurbanların etnik, irqi, milli və ya sosial-iqtisadi kimliyi deyil, onların cinsi kimliyi böyük əhəmiyyət kəsb etdiyini irəli çəkir.
"Soyqırım nəzəriyyəsi" kitabının müəllifi Øystein Gullvag Holter gendersidin mənşəyi ilə bağlı ən ifadəli nəzəriyyəni təklif edir. Holter təxmin edir ki, gendersid dörd elementin nəticəsidir: sosial, siyasi və iqtisadi devalvasiya; gender, irq və digər sosial mexanizmlərin əlamətlərinin yenidən qiymətləndirilməsi; aqressivliyin artması; antaqonist münaqişələr və müharibələr.[6]
Gendersid qeyri-bərabər cins nisbətinə gətirib çıxarır ki, bu da kişilərin üstünlük təşkil etdiyi əhaliyə gətirib çıxarır, bunun iqtisadi və sosial nəticələri var. Kişilər üçün bu, partnyor tapmağı çətinləşdirir, nəticədə qadınlara qarşı ayrı-seçkilik yaradan, qadınlara və uşaqlara qarşı zorakılıq şəklini alan erkən və məcburi nikahlar baş verir. Məcburi ərə verilən qızlar çox vaxt partnyorları tərəfindən cinsi, fiziki və psixoloji zorakılığa məruz qalırlar. Evlilik və ya cinsi istismar məqsədləri üçün fahişəlik və insan alveri artmaqdadır, bu da insan hüquqlarının pozulmasına və sosial iğtişaşlara səbəb olur[7] .
2003-cü ildə Maniş Jhanın rejissorluğu ilə çəkilmiş "Qadınsız millət" adlı hind filmi Hindistanda qadınların kəskin çatışmazlığı olan, qadınlara qarşı zorakılıq və nifrətin daha da artdığı bir cəmiyyətin gələcəyini təsvir edir. "Qarşı cinsdən olan bir şəxsin qurulmuş kişi cəmiyyətində görünməsi onun xaosuna, dağılmasına gətirib çıxarır, bu, şübhəsiz, dağıdıcı bir hadisəyə çevrilir. Müəllif milləti iki təbii prinsipin — kişi və qadının həqiqi bərabərliyini təsdiq etməyə çağırır.[8]