Grand Theft Auto: San Andreas | |
---|---|
Yayımlayanlar | Rockstar Games |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 26 oktyabr 2004, 7 iyun 2005, 20 oktyabr 2008, 12 noyabr 2010, 11 dekabr 2012 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı |
Texniki məlumat | |
Platforma | PlayStation 2[1], Xbox[1], Xbox 360, PlayStation 3, Windows Phone, Android, Microsoft Windows[1], macOS, iOS, PlayStation 4 |
Oyun rejimi | birnəfərli oyun[2], çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, ispan dili, fransız dili |
Daşıyıcı | optik disk, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad, sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır.
Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb. Buraya dəstələr arasındakı münaqişələr, 1990-cı illərin heroin epidemiyası, 1992-ci ildə Los-Anceles iğtişaşları və Rampart qalmaqalı kimi hadisələr daxildir. Oyun 2004-cü ildə PlayStation 2 üçün, 2005-ci ildə isə Windows və Xbox üçün satışa çıxarılmışdır.
Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ", Azərbaycanca - "Karl Conson"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir. Grove Street-dəki ailələrinin dağıldığını öyrənən CJ, əsaslı dönüşə qərar verir. CJ-in dönməsiylə birlikdə San Andreas əyalətində böyük dəyişikliklər başlayır. Oyunun ən böyük fərqlərindən biri obrazı inkişaf etdirmə funksiyasıdır. Müəyyən qabiliyyətləri inkişaf etdirmək, xarici görünüşünü dəyişdirmək və s. bir çox funksiyalar mövcuddur. İdman edərək əzələ yığa, saç düzümünü dəyişə, döymə vura bilərsiniz. Los Santos-da, az pul və aşağı xüsusiyyətlərlə başladığımız oyunda, zaman irəlilədikcə yeni dükanlar açaraq yeni paltarlar, yeni şəhərlər açaraq yeni yan vəzifələr əldə edə bilərik. Məsələn San Fierro şəhərini açdığımız zaman "Valet" vəzifələrini də açırıq. Bu zaman oyundakı avtomobil növü artırılmış olur. Las Venturas əsl qumarxana mərkəzidir. Burda az qala hər kəs zəngindir. Bu oyun 1992-ci il Los-Anceles hadisələrindən əsas almışdır.
Oyunda üç əsas şəhər Los Santos, San Fierro və Las Venturas mövcuddur. Ərazisinin böyüklüyünə görə şəhərlər arasından ən böyük olanı Los Santos, ikinci Las Venturas, ən kiçik olanı isə San Fierro. Hər bir şəhərin özünəməxsus xüsusiyyəti vardır. Bütün bu hadisələr uydurma San Andreas ştatında cərəyan edir. Bu oyun GTA seriyalarında ərazisinin böyüklüyünə görə 2-ci yeri tutur. Burada dağlar, düzənliklər, çaylar, səhralar və dəniz mövcuddur. Həmçinin oyunda 3-ü böyük və 1-i kiçik olmaqla 4 aeroport var.
Oyunda Los Santos əsas götürülmüşdür! Bu şəhərin adı Los-Anceles şəhərinin adından götürülmüşdür. Oyun Los Santos şəhərində başlayır. Los Santos şəhərinin müxtəlif bölgələri var. Bu şəhərdə cinayət nisbəti olduqca yüksəkdir. Burada əsas yer Grove Street adlı küçə götürülmüşdür. Bu şəhərdə çoxlu mağazalar, paltar dükanları, idman zalı, silah mağazaları, avto servis və s. mövcuddur. Üç şəhərin arasında müxtəlif bölgələri, hündür binaları, mənzərəli yerləri ilə seçilən ən yaxşı şəhərdir.
Bu şəhərin adı San Francisco şəhərindən götürülmüşdür. Oyunda The Truth adlı obraz əsas obraza şəhəri "Hippie şəhəri" olaraq təsvir etmişdir. Ayrıca əsas obrazın ən yaxın dostlarından olan Triad mafiyası da bu şəhərdədir. Bu şəhərdə də Los Santosda olduğu kimi bir çox bölgələr və mağazalar vardır.
Nəhayət, San Andreasda üçüncü şəhər olan Las Venturas. Bu şəhərdə digər şəhərlərdən fəqli olaraq bir çox maraqlı yerlər vardır. Hansı ki, bu yerlər o biri şəhərlərdə yoxdur. Məsələn, Restricted Area (Qanunsuz Region) adlanan yer var. Burada hərbi baza yerləşir. Bu əraziyə daxil olmaq qadağandır. Həmçinin bu ərazinin üstü ilə uçmaq da olmaz. Digər şəhərlərdə olmayan daha bir şey də var ki, o da səhranın olmasıdır. Bu şəhərin bir hissəsi səhralıqdan ibarətdir.
Oyunda 1992-ci ildə məşhur olan bütün növ radiolar mövcuddur. Oyunda mahnısı səslənən məşhur adlar arasında Rage Against the Machine, Dr.Dre, Snoop Dogg, Tupac Shakur, Ice T, Guns N 'Roses, David Bowie, KISS , Lynyrd Skynyrd və NWA vardır. Oyundakı radiolar belə adlandırılır:
Bu radiolar əvvəlki seriyalardan fərqli olaraq həqiqətən xəbər verə bilirlər. Məsələn, bir radioda yağış yağacağını xəbər verdikdən sonra həqiqətən də yağış yağdığına şahid oluruq. Oyunda çox məşhur aktyorların səsləndirmələri mövcuddur. Məsələn, Axl Rose, Samuel L. Jackson, Chris Penn, James Woods və Peter Fonda və s.