Greyfriars Bobbi

Bobbinin Edinburqdakı heykəli

Greyfriars Bobbi (d. 1855 və ya 1856, Edinburq, Şotlandiya - ö. 1872, Edinburq, Şotlandiya) — Skye Teriyer cinsindən olan it. Ölən sahibi John Grayı iki yaşından 16 yaşında öz ölümünə qədər məzarı başında gözləməsi ilə məşhurlaşmışdır. Qarşılıqsız sevgi və sonsuz sədaqətilə Edinburq şəhərinin simvolu halına gəlmişdir[1]. Ölümünün ertəsi ilində, Burdett-Coutts Baronessi Angela Burdett-Coutts- IV Coutts körpüsünün cənub çıxışında, Bobbinin xatirəsini yaşatmaq üçün bir heykəl və bulaq tikdirdi.

Sahibi Con Qrey

[redaktə | vikimətni redaktə et]
Şotlandiya Milli Muzeyinin kolleksiyasından Greyfriars Bobbinin fotoqrafı. (1865)

John Gray 14 may 1814-cü ildə Şotlandiyanın Forfar şəhərində anadan olub.

Əvvəl atası kimi bağban olan Qrey, pis hava durumu səbəbiylə işsiz qalınca həyat yoldaşı və oğlu ilə birlikdə Edinburqa köçərək polis orqanlarında işləməyə başlayıb. Gecə növbəsində işlədiyi üçün özünə qoruma iti olaraq Bobbi verilmişdir. 1857-ci ildə vərəmə yoluxan Qrey, gündən-günə pisləşdi. Yataqdan qalxa bilmədiyi son günlərində Bobbi Qreyin ayaqlarının dibində yatırmış[2].

Sahibinin ölümü və sonrası

[redaktə | vikimətni redaktə et]
Greyfriars Bobbi heykəlinin fərqli bir görünüşü.

8 fevral 1858-ci ildə ölən Con Qrey, Edinburqdakı Greyfriars Kirk kilsəsinin Greyfriars Kirkyard məzarlığında dəfn olunub. Bobbi öz ölümünə qədər, 14 il ərzində sahibinin məzarını qorumağı özünə vəzifə tutmuş göründü. Bobbinin bu davranışı Edinburq əhalisi tərəfindən qarşılıqsız sevginin və sədaqətin rəmzi kimi qəbul edilməsinə yol açdı.

Bobbi 1872-ci ildə ölüncə, Con Qrey ilə eyni qəbiristanlıqda dəfn edilməsə də həmin qəbiristanlığın ərazisinə aid parkın içində, sahibinin məzarından çox da uzaq olmayan bir yerə dəfn edilib.

2011-ci ildə Bobbi adlı qoruma itinin sahibliyi John Graya aid olmadığı və əslində məzarı duranın bir küçə iti olduğu, dolayısıyla əfsanəni iki ayrı itin yaratdığı iddia edilib[3][4][5][6].

Xatirəsinin yaşadılması

[redaktə | vikimətni redaktə et]
Bobbinin ziyarətçiləri üçün yerləşdirilən qarşılama lövhəciyi.
Greyfriars Kirkyard bağçasındakı Bobbinin məzar daşı.

Greyfriars Bobbi heykəli, William Brodie tərəfindən Bobbinin ölümündən qısa müddət sonra noyabr 1873-cü ildə tamamlanaraq IV George körpüsünün cənub çıxışına, yenə Bobbinin xatirəsini yaşatmaq üçün inşa edilən bulağın üstünə yerləşdirildi. Heykəl, yerli bir aristokrat olan Burdett-Coutts Baronesi Angela Burdett-Coutts tərəfindən sifariş edilmişdi[7]. Bulaq və heykəlin yeri eyni zamanda Greyfriars Kirkyard qəbiristanlığının əsas (cənubi) girişinin yaxınlığındadır.

1975-ci ildə Edinburqdakı bir çox bulaq kimi bu fəvvarənin də su qaynağı kəsilmişdir.

13 may 1981-ci ildə the Dog Aid Society of Scotland (Şotlandiya İtlərə Yardım İcması) tərəfindən Bobbinin məzarına qırmızı qranit daş tikilib və açılışını Gloucester Hersoqu Şahzadə Riçard edib. Məzar daşında yazılanlar belədir:

Greyfriars Bobby

Died 14 January 1872

Aged 16 years

Let his loyalty and devotion be a lesson to us all.

Bir avtomobilin 1984-cü ildə bulağa çırpılması ilə, məcburi olaraq 1985-ci ildə bulaq və heykəl bərpa edilib. Bərpa nəticəsində həm üstdən insanların, həm də altdan heyvanların su içməsini təmin edən tənzimləmə dəyişdirilib və altdan su içilmə hissəsi ləğv olunubdur[8].

Populyar mədəniyyətə təsiri

[redaktə | vikimətni redaktə et]

Edinburq əhalisi şəhərin simvollarından biri halına gəlmiş olan Bobbinin xatirəsini yaşadır və turist mərkəzi olaraq da bundan istifadə edir.

Bobbiyə həsr edilmiş kitablar

[redaktə | vikimətni redaktə et]

Bobbinin həyatına həsr edilmiş kitablar arasında ən məşhur olanı, Eleanor Atkinson tərəfindən 1912-ci ildə qələmə alınan Greyfriars Bobbi romanıdır.[9]

Bobbiyə həsr edilmiş filmlər

[redaktə | vikimətni redaktə et]
  • The Illustrated True Story of Greyfriars Bobby - John Mackay.
  • 1949-cu ildə çəkilmiş Challenge to Lassie filmində Bobbinin hekayəsi yer almış, ancaq özündən bəhs edilməmişdir. Bobbinin yerini Lassie xarakteri almışdır.
  • Bobbinin həyatını əks etdirdən filmlərdən ilki, Eleanor Atkinsonun eyni adlı romanından uyğunlaşdırılaraq 1961-ci ildə Walt Disney filminin çəkilişi Greyfriars Bobby: The True Story of a Dog, çox uğurlu bir film olmuşdur.
  • 2005-ci ildə Greyfriars Bobbinin macəraları adlı daha bir bir film çəkilmişdir

Şotlandiya-Kanada Celtic-Punk qrupu Real Mckenzies, 2008-ci ilin istehsalı Off the Leash albomunda "The Ballad of Greyfriars Bobby" adlı bir mahnı yazmışdır.

Bobbinin xatirəsinə qurulmuş Greyfriars Bobby Walking Theatre adlı səyyar bir teatr icması da var.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. ""The Story of Scotland's Most Faithful Dog", 4 Temmuz 2001. 8 Ağustos 2011 tarihinde erişildi". 2012-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
  2. http://www.greyfriarsbobby.co.uk/the_beginning.html ve http://www.greyfriarsbobby.co.uk/death_of.html| John Gray[ölü keçid]
  3. "A very Victorian hoax! Greyfriars Bobby who kept vigil over his master's grave for 14 years was 'a publicity stunt'", Daily Mail, 3 Ağustos 2011.
  4. Jan Bondeson. Greyfriars Bobby: The Most Faithful Dog in the World, Amberley Publishing, 2011.
  5. "BBC News - Greyfriars Bobby tale is wrong claims Cardiff historian". 2011-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
  6. http://www.undiscoveredscotland.co.uk/usreviews/books/amberleygreyfriars.html Arxivləşdirilib 2011-10-14 at the Wayback Machine review of Bondeson on Undiscovered Scotland
  7. Buildings of Scotland; Edinburgh by Colin McWilliam
  8. Edinburgh Council Conservation Grant records.
  9. Greyfriars Bobby Arxivləşdirilib 2009-09-24 at the Wayback Machine, Eleanor Atkinson, Project Gutenberg.