Guilty Crown

Guilty Crown
Poster. Personajlar: İnori Yuzuriha və Şu Oma.
ギルティクラウン
(Giruti Kuraun)
azərb. Günahkar tac
Janr döyüş, romantika, elmi fentezi
Anime
RejissorTetsuro Araki
SsenaristHiroyuki Yoşino
İçiro Okoçi
BəstəkarHiroyuki Savano
StudiyaYaponiya Production I.G
Digər lisenziyalarAvstraliya Madman Entertainment
ABŞ Funimation Entertainment
Böyük Britaniya Manga Entertainment
KanalYaponiya Fuji TV (NoitaminA)
Digər kanallarAnimax Asia
Buraxılış tarixi13 oktyabr 2011 – 22 mart 2012
Seriyalar22 (seriya siyahısı)
Manqa
ManqakaYazıçı:
Yosuke Miyaqi
Rəssam:
Şion Mizuki
NəşriyyatYaponiya Square Enix
DemoqrafiyaŞonen
Nəşr tarixinoyabr 2011 – dekabr 2013
Cildlər7
Manqa
Guilty Crown: Princess of Deadpool
ManqakaQan Sunaaku
RəssamProduction I.G, Nitroplus, redjuice
NəşriyyatYaponiya Nitroplus
Nəşr tarixi25 aprel 2012
Manqa
Guilty Crown: Dancing Endlaves
ManqakaYazıçı:
Qan Sunaaku
Rəssam:
Ryosuke Fukai
NəşriyyatYaponiya ASCII Media Works
DemoqrafiyaSeynen
Nəşr tarixiiyul 2012 – may 2014
Cildlər3
Anime
Guilty Crown: Lost Christmas
RejissorŞinpei Ezaki
BəstəkarHiroyuki Savano
StudiyaYaponiya Production I.G
Vaxt15 dəq.
Video oyun
Guilty Crown: Lost Christmas
HazırlayanYaponiya Nitroplus
Nəşr edənYaponiya Nitroplus
Janrvizual roman
PlatformaWindows
Buraxılış tarixi26 iyul 2012
  Anime və manqa portalı

Guilty Crown (ギルティクラウン, Giruti Kuraun?, azərb. Günahkar tac‎)Production I.G studiyası tərəfindən 2011-ci ildə istehsal olunmuş və 2011-ci ilin oktyabrından Fuji TV-nin Noitamina televiziya blokunda yayımlanmış anime serialı.[1] Anime serialı Şu Oma adlı məktəbli oğlanın səhvən "Kralların gücü" adlandırılan və insanların içərisindən "Boşluq" adlı xüsusi silah və alətləri çıxarmağa kömək edən güc əldə etməsindən bəhs edir. Şu özünü GHQ adlı dövlət şirkəti ilə GHQ-dən Yaponiyanın müstəqilliyini əldə etməyə çalışan Tabutçular terrorist qruplaşması arasında baş verən müharibənin ortasında tapır. Şu gücünün ona verdiyi böyük məsuliyyəti daşımalı olur, qorxunc keçmişi ilə üzləşir. Anime serialı özündə bir çox janrları birləşdirsə də, animenin əsas janrı elmi fentezidir.

ASCII Media WorksSquare Enix tərəfindən iki manqa adaptasiyası nəşr olunmuşdur. Nitroplus tərəfindən 2012-ci ilin aprelində "Guilty Crown: Princess of Deadpool" adlı ranobe istehsal olunmuşdur. Nitroplus tərəfindən istehsal olunmuş "Guilty Crown: Lost Christmas" vizual romanı 15 dəqiqəlik "Guilty Crown: Lost Christmas" adlı OVA ilə birlikdə yayımlanmışdır.

Anime serialı müxtəlif rəylər almışdır. Musiqi və qrafiklərinə görə müsbət rəylər alsa da, ssenarinin şablon və qarışıq olmasına görə tənqid olunmuşdur. Personajların dizaynı, eləcə də, anime serialının ikinci hissəsinin ssenarisini bəyənilmişdir.

24 dekabr 2029-cu ildə yayılmağa başlayan Qiyamət virusu Yaponiyanı alt-üst edir, böyük insan təlafatına səbəb olur, ölkəni xaosa sürükləyir. Bu hadisə "İtmiş Milad" adını alır. Virusun qarşısını ala bilməyən Yaponiya hökuməti Birləşmiş Millətlər Təşkilatından kömək istəyir. BMT virusun qarşısını almaq üçün Yaponiyaya GHQ adlı təşkilat göndərir. GHQ virusu məhv edən peyvənd istehsal edir, Yaponiyanın müstəqilliyi qarşılığında ölkədəki asayişi bərpa edir. Bundan 10 il sonra Tabutçular adlı terror təşkilatı Yaponiyanın müstəqilliyini qazanmaq üçün GHQ-yə qarşı mübarizəyə qalxır.

Hadisələr Şu Oma adlı tələbənin məşhur internet qrupu olan Egoist-in vokalisti İnori Yuzurihanı yaralı şəkildə tapmasından və ona öz film klubu emalatxanasında sığınacaq verməsi ilə başlayır. GHQ Antiorqanları buraya hücum edirlər və İnorini Tabutçulara qoşulduğu üçün həbs edirlər. Şu İnorinin robotunun göstərdiyi koordinatlara gedir və orada Tabutçuların lideri Qay Tsutsuqami ilə rastlaşır. Qay ondan kiçik şüşəni qorumasını istəyir. Bu şüşəni axtaran GHQ Rupponqi bölgəsində hücum edir. GHQ mexlərindən biri İnorini öldürmək istəyir, Şu onun köməyinə qaçarkən həmin şüşə sınır. Şüşənin içərisində Qiyamət virusundan əldə olunmuş Boşluq qenomu var. Boşluq qenomu Şunun bədəninə keçir və Şu insanların içərisindən sağ əli ilə Voydlarını (insan hislərinin fiziki formasını almış silahlar) çıxarmağa kömək edən "Kral gücü"nü qazanır. Şu İnorinin Voydundan istifadə edərək Endleyvləri məhv edir.

Hadisələr davam etdikcə Şu İnoriyə aşiq olur və istəksiz şəkildə Tabutçulara qoşulur. Əməliyyatların birində İnori ikinci Boşluq genomuna malik Yuu adlı oğlan İnorini qaçırır. Şunun yaddaşını geri qazanır, məlum olur ki, onun bacısı Mana Qiyamət virusuna yoluxmuş ilk şəxs olubmuş və Mana Yaponiyada Qiyamət virusunun yayılmasına və İtmiş Milad adı ilə tanınan xaosa səbəb olubmuş. İnori isə Qiyamət virusu dünya əhalisini məhv etdikdən sonra yeni insan irqi yaratmaq məqsədilə Mananın ruhunu saxlamaq üçün yaradılıbmış. Qay və Şu birlikdə çalışırlar. Şu Mananın saxlandığı kapsulu məhv edir, lakin Qayı öldürməli olur.

Bu hadisədən — Qiyamət virusunun ikinci dəfə yayılmasından sonra Rupponqi bölgəsini möhürləyir və bu ərazi Çənbər 7 adını alır. Tennozu liseyinin tələbələri, eləcə də, Tabutçuların 4 üzvü — Şu, İnori, Ayase və Tsuqumi mühasirəyə düşürlər. Yemək və Qiyamət virusuna qarşı peyvəndlərin azalması nəticəsində Şu liseyin yeni şura sədri seçilir, lakin Harenin ölümündən sonra zorba liderə çevrilir. Şu və digərləri Çənbər 7-dən qaça bilirlər, lakin GHQ tərəfindən dirildilmiş Qay Şunun sağ qolunu kəsir və Boşluq qenomunu özünə nəql edir.

Birləşmiş Millətlər Təşkilatı Qiyamət virusu epidemiyasının qarşısını almaq üçün Yaponiyanı məhv etmək qərarına gəlir, lakin Qay onlara mane olur. Hadisələrin arxasında dayanan qədim təşkilat Daatın əsl məqsədi Şunun gücünü və İnorini əldə etməkdir. İnori Şunu qoruyarkən Daat tərəfindən ələ keçirilir. Şunun ögey anası Haruka Oma GHQ-yə xəyanət edir və üçüncü Boşluq qenomunu oğurlayır. Şuu üçüncü Boşluq genomunu bədəninə daxil edərək yenidən "Kral gücü"nə qovuşur. Qay bütün dünyada qlobal İtmiş Milad keçirməyə çalışır. Tabutçular GHQ-nin baş qərargahını mühasirəyə alırlar və Tokio körfəzindən hücum edirlər. Qiyamət virusu GHQ qülləsindən bütün dünyaya yayılmağa başlayır.

Şu Qayı məğlub edəndə Qay başa salır ki, Dördüncü Qiyamət virusu epidemiyasının qarşısını almağın tək yolu və Daata kömək etməyinin əsl məqsədi Manaya vəzifəsini yerinə yetirməyə kömək etmək, beləcə də, onu rahatlığa qovuşdurmaqdır. Qay və Mana virusdan ölürlər. Şu İnorini qucaqlayaraq Voydunu aktivləşdirir və hər kəsin Voydlarını və Qiyamət viruslarını özünə çəkir. Şunun bütün enerjisi bitəndə İnori Şunun həyatını xilas etmək üçün özünü qurban verir. Virus tamamilə yox edildikdən sonra GHQ qülləsi çökməyə başlayır və hər kəs qüllədən qaçır. Bir neçə il sonra kor Şu bərpa edilmiş Tokioda Ayase, Tsuqumi, Yahiro, Kanon və Souta ilə birlikdə Harenin ad günün qeyd edir.

Anime serialı istehsal olunarkən çəkiliş heyəti "yeni anime nəsli" yaratmaq istəmişdilər. Bu ideyanı gerçəkləşdirmək üçün hər hansı manqa və ya ranobe adaptasiyasına yox, orijinal ssenariyə üstünlük vermək qərarına gəldilər. Mümkün çətinliklərə baxmayaraq çəkiliş heyəti "iki mövsümlük veriliş" hazırlamaq istəmişdi. Animenin konsepsiyası üçün yapon stili, yapon konsepsiyası nəzərdə tutulmuşdu və bu, animeni digərlərindən daha orijinal göstərəcəkdi. "Neon Genesis Evangelion" personajı Şinci İkari ilə Şu Oma arasındakı oxşarlıqla bağlı verilən sualda çəkiliş heyəti hər iki personajın passiv olduğunu, lakin Şincinin nisbətən daha passiv olduğunu qeyd etmişdir.[2]

Redjuice animenin istehsalına qoşulmasına səbəb olan şərtlərlə bağlı verilən suala cavab olaraq bildirmişdi ki, istehsal heyətinin animasiyaçıları və rəssamları onun konsepti ilə son məhsul arasında uyğunluğ duyğusunu hiss etmişdilər.[3] Supercell-dən Ryo anime serialı üçün mahnıların istehsalı ilə məşğul olarkən, Redjuice layihədə Supercell-in üzvü kimi iştirak etməmişdir.[3] "Guilty Crown" animesinin baş qəhrəmanlarından biri olan İnori ilə yanaşı Redjuice Tsuqumi personajın bir çox rəsmlərini çəkdiyini qeyd etmişdir.[3] İstehsal heyətinin Tsuquminin pişiyəbənzər qulaqları ilə bağlı heç bir narahatlıqları olmamışdır, buna görə də Redjuice hiss edir ki, şəxsi zövqlərini personajda əks etdirib.[3] Orijinal ssenaridə olmayan Kanon personajı da Redjuice-nin xoşuna gəlib. Redjuice 3D CG ilə çox işləmədiyindən bu haqda Production I.G studiyasında daha çox məlumat ala bilmişdir.[3]

Anime serialı üçün musiqini Hiroyuki Savano bəstələmişdir.[4] Həm açılış, həm də bağlanış mahnıları Supercell musiqi qrupu tərəfindən yazılmışdır.[1] İlk açılış mahnısı "My Dearest" (azərb. "Mənim əzizim"‎) Koeda tərəfindən ifa olunmuşdur.[5][6][7] Bu mahnı üçün CD sinqlı 23 noyabr 2011-ci ildə buraxılmışdır.[8] İlk bağlanış mahnısı "Departures (Anata ni Okuru Ai no Uta)" (Departures ~あなたにおくるアイの歌~, azərb. "Uzaqlaşmalar (Sevgi mahnını göndər)"?) adlanır və anime serialındakı uydurma musiqi qrupu olan Egoist tərəfindən oxunmuşdur.[1][9] Sinql 30 noyabr 2011-ci ildə yayımlanmışdır.[8] 17 yaşlı sənətkar Çelli vokal ifa ilə çıxış etmişdir.[1][9] Çelli Supercell musiqi qrupunun üzvü Ryo tərəfindən 2000 namizəd arasından seçilmişdi.[1][9] Çelli anime serialının daxilində istifadə olunmuş mahnıları da ifa etmişdir.[10][11] İkinci açılış mahnısı Egoist tərəfindən ifa olunan "The Everlasting Guilty Crown" (azərb. "Sonsuz davam edən günahkar tac"‎) mahnısı, ikinci bağlanış mahnısı isə Supercell tərəfindən ifa olunan "Kokuhaku" (告白?, azərb. "Etiraf"‎) mahnısıdır.

Guilty Crown Orijinal Saundtrek
BaşlıqMüddət
1."βios"4:33
2."α"5:48
3."Ω"4:31
4."Ready to Go"4:16
5."friends"3:48
6."VOiD"2:06
7."gエ19"2:20
8."θεοι"3:38
9."close your eyes"3:51
10."Βασιλευζ"4:17
11."π"3:58
12."Release My Soul"4:34
13."κrOnё"5:33
14."Hill Of Sorrow"4:11
15."Αποκσλυψιζ"4:51
16."Home ~in this corner~"3:48
17."Genesi§"3:17
18."βιοζ-δ"2:35
19."Rё∀L"4:12

"Guilty Crown" animesinin rejissoru Tetsuro Arakidir. Anime üçün ssenarini Hiroyuki Yaşino və İçiro Okoçi tərəfindən yazılmışdır.[12] "Nitroplus"-dan Cin Haneqaya da ssenariyə töhfə vermişdir.[13][14] Mexanika dizaynları ilə Atsuşi Takeuçi, avadanlıq dizaynları ilə Yo Moriyama məşğul olmuşdur. Orijinal personaj dizaynları Redjuice tərəfindən çəkilmişdir,[12] Hiromi Kato onları animeyə uyğunlaşdırmışdır. Yusuke Takeda anime serialının art-direktorudur. Anime serialı Production I.G studiyasının 6-cı diviziyası tərəfindən istehsal olunmuşdur.

Anime serialını reklam etmək məqsədilə "Guilty Crown Radio Council" adlı internet-radio verilişi 7 oktyabr 2011-ci ildən hər cümə günü yayımlanmağa başlamışdır.[15] Verilişin aparıcıları Yuki Kaci (Şu Omanın səsləndiricisi) və Ai Kayano (İnori Yuzurihanın səsləndiricisi) olmuşdurlar.[15]

Nyu-York Anime Festivalı anime serialının ilk iki seriyasını 15 oktyabr 2011-ci ildə ekranlaşdırmışdır.[16] İkinci seriya Yaponiyada 20 oktyabr 2011-ci ilə kimi yayımlanmadığı halda, bütün dünyada yayımlanmışdır.[16] 2011-ci ildə Funimation-un animeni oktyabrda nümayiş etdirəcəyini açıqladıqdan sonra 2012-ci ildə DVDBlu-ray buraxılışları yayımlanmışdır.[17]

Yosuke Miyaqi tərəfindən yazılmış, Şion Mizuki tərəfindən çəkilmiş "Guilty Crown" adlı manqa adaptasiyası 2011-ci ilin noyabrından[18] 2013-cü ilin dekabrına kimi Square Enix nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında nəşr olunmuşdur. Daha sonra Square Enix manqanı 21 yanvar 2012-ci ildən 21 dekabr 2013-cü ilə qədər tankobon cildlərlə çap etmişdir.[19][20] "Guilty Crown: Dancing Endlaves" adlı ikinci manqa adaptasiyası Qan Sunaaku tərəfindən yazılmış, Ryosuke Fukai tərəfindən çəkilmişdir və ASCII Media Works nəşriyyatının "Dengeki G's Magazine" jurnalında 2012-ci ilin iyulundan 2014-cü ilin mayına kimi nəşr olunmuşdur. 26 yanvar 2013-cü ildən 27 may 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.[21][22]

"Guilty Crown: Princess of Deadpool" adlı roman adaptasiyası Nitroplus-dan Qan Sunaaku tərəfindən yazılmışdır. Roman üçün illüstrasiyaları Production I.GNitroplus hazırlamışdır. Xüsusi kitab üzlüyü ilə yayımlanan xüsusi versiyası 2012-ci ilin 31 martından 1 aprelinə qədər satışda olmuşdur. Rəsmi buraxılışı 25 apreldə baş tutmuşdur. İlk fəsli ictimai oxumaya qoyulmuşdur.

Nitroplus "Guilty Crown: Lost Christmas" (ギルティクラウン ロストクリスマス, Giruti Kuraun Rosuto Kurisumasu?) adlı vizual roman istehsal etmişdir.[14] Vizual roman əvvəllər "Lost X" adı ilə tanınırdı.[14] Vizual roman üçün ssenarini "Demonbane" vizual romanı üçün də ssenari yazmış Cin Haneqaya yazmışdır.[23] Oyun İtmiş Milad insidentindən bəhs edir. Oyunun tam versiyasına 10 dəqiqəlik qısametrajlı anime də daxildir.

Anime serialı müxtəlif reaksiyalar almışdır. Anime News Network-dan Karl Kimlinqer təqdimatı bəyənmişdir, ssenari və personajların şablon olduğunu qeyd etmişdir.[24] Kimlinqer ssenarinin yenidən işlənilməsini cəsarətli addım kimi qiymətləndirmişdir, amma məzmunun qarışıq olduğunu, zəif personajlara və şablonlara yer verildiyini bildirmişdir.[25] THEM Anime Reviews-dan Eyden Futi Kimlinqerin fikirləri ilə razılaşmışdır.[26] Eyden qeyd etmişdi ki, personajlar sevimsizdir, simpatik yaradılmayıblar, həyatlarında baş vermiş hadisələr yaxşı işlənməyib, dərinlik yoxdur.[26] "The Fandom Post"-dan Kris Beveric qeyd edir: "Mövsümün qalanını xarakterizə edən son nəticə mənə görə ən fantastiklərdən biridir, çünki o, seriyaya radikal dəyişiklik gətirib". O, Şu personajını, eləcə də, anime serialının ikinci hissəsinin qurmasını tərifləmişdir.[27]

DVD Talk-dan Kayl Mills isə seriyanı daha çox bəyənmişdir. Kiçik tənqidlərə baxmayaraq serialın ilk 11 seriyasını əla adlandırmışdır. O, qurmanı və ssenarini bəyənmişdir, amma müəyyən personajların yaxşı işlənmədiyini qeyd edərək "Gurren Lagann" franşizinin "qüsurlular"ı ilə müqayisə etmişdir.[28] UK Anime Network-dan Endi Hanli animenin vizual cəhətdən göz oxşayan olduğunu demişdir.[29]

  1. 1 2 3 4 5 Lanson, Greg. "New "Guilty Crown" Promotion Video Streamed, Theme Songs Announced". Crunchyroll. September 8, 2011. May 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  2. "Interview: Koji Yamamoto, Ryo Ohyama, and George Wada on Guilty Crown". Anime News Network. November 28, 2011. 2018-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  3. 1 2 3 4 5 "10月期ノイタミナ『ギルティクラウン』公開直前! キャラクター原案・redjuice氏も衝撃の「"鬼"すぎる」制作現場". Livedoor. September 23, 2011. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  4. "アニメ『ギルティクラウン』 音楽担当". September 11, 2011. July 9, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  5. "Supercell Selects 15-Year-Old Singer for Next Album". Anime News Network. September 9, 2011. 2012-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  6. "supercell、新ボーカル決定 ノイタミナ新アニメテーマに". Oricon. September 9, 2011. June 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  7. "supercell、新ゲスト・ヴォーカリスト&新タイアップ決定". BARKS. September 9, 2011. April 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  8. 1 2 "ニューシングルのリリースが決定!!! 新ゲストボーカリスト「こゑだ」を迎えた新生supercell第一弾の詳細を発表!" (Japanese). September 29, 2011. October 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  9. 1 2 3 "17-Year-Old Wins Supercell Audition to Sing Guilty Crown Songs". Anime News Network. September 8, 2011. 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  10. "ギルティクラウン :挿入歌とエンディング曲に17歳の新人歌手を抜てき 2000人から選考" (Japanese). September 9, 2011. November 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  11. "[ギルティクラウン]挿入歌とエンディング曲に17歳の新人歌手を抜てき 2000人から選考" (Japanese). Mycom Journal. September 9, 2011. July 10, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  12. 1 2 "Death Note Helmer Araki, supercell Involved on New Work". Anime News Network. July 7, 2011. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  13. "アニメ旋風". Nitroplus. September 22, 2011. November 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  14. 1 2 3 Lanson, Greg. "Nitroplus Announces Guilty Crown Spinoff PC Game Project". August 11, 2011. January 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  15. 1 2 "「ギルティクラウン」ラジオ配信決定!" (Japanese). Onsen. September 26, 2011. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  16. 1 2 "NY Anime Fest to Host U.S. Premieres of Guilty Crown, Fate/Zero". Anime News Network. September 20, 2011. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  17. "Funimation Adds .hack//Quantum, Streams Guilty Crown". Anime News Network. October 1, 2011. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  18. "少年ガンガン 2011年11月号" (Japanese). Tohan Corporation. May 1, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  19. "ギルティクラウン 1巻" (Japanese). Square Enix. 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  20. "ギルティクラウン 7巻(完)" (Japanese). Square Enix. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  21. "ギルティクラウン DANCING ENDLAVES01" (Japanese). ASCII Media Works. 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  22. "ギルティクラウン DANCING ENDLAVES03" (Japanese). ASCII Media Works. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2016.
  23. "Guilty Crown Gets PC Game Spinoff from Nitroplus". Anime News Network. August 13, 2011. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  24. Kamlinger, Carl. "ANN reviews episodes 1–5". Anime News Network. November 16, 2011. August 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  25. Kimlinger, Carl. "ANN reviews episodes 13–22". Anime News Network. May 12, 2012. November 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  26. 1 2 Foote, Aiden. "THEM Anime Review". THEM Anime Reviews 4.0. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  27. "Guilty Crown: Complete Series Part 2 Blu-ray/DVD Anime Review". Fandom Post. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  28. "Guilty Crown: Complete Series Part 1 (Blu-ray)". DVDTalk. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
  29. "ANIME REVIEW: Guilty Crown - Part 2". UK Anime Network. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]