Göyçəbəy

Göyçəbəy
41°18′24″ şm. e. 32°08′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 21.655 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 67670
Xəritəni göstər/gizlə
Göyçəbəy xəritədə
Göyçəbəy
Göyçəbəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Göyçəbəy (türk. Gökçebey) — Zonquldak ilinin ilçəsi. İlçənin ümumi əhalisi 25.588 nəfərdir, onlardan 7,300 nəfəri şəhərlik ərazidə məskunlaşmışdır.

1845-ci ilə qədər Tefen adı ilə Boluya bağlı olan 4 mahaldan ibarət olmuşdur. Cümhuriyyət qurulana qədər bu statusu qorudu. Respublika dövründə bir qəsəbə olaraq inşa edilən Tefen 1963-cü ildə Gökçebey adlandırıldı və 1972-ci ildə burada bələdiyyə quruldu. Devrək ilçəsinin Göyçəbəy mahalı 1990-cı ildə 3644 nömrəli qanunla vahid ilçə statusu əldə etdi.[2]

Sahəsi 15.153 hektardır. Rayonun 60%-i meşələrlə əhatə olunmuşdur. Dəniz səviyyəsindən 51 metr yüksəklikdə olan Göyçəbəy ilçəsi 906 ilə 1179 metr arası hündürlükdə olan səkkiz təpə ilə əhatə olunmuşdur. Filyos çayı ilçənin kənarından keçir və Filyos şəhərindən Qara dənizə tökülür. Qara dəniz iqliminin üstünlük təşkil etdiyi bölgədə yay və qış mülayim keçir. İlçə mərkəzində Camlı Köşk, Bələdiyyə Ailə Çay Bağçası və Parkı, Atatürk Parkı adlı oyun meydançaları, park və restoranlar var. Kabalaklı, Pamukdüzü, Kertili gəzinti yerləri, Qaranlıq dərə, Kurtdami və Sarıgöl Meşələri ov turizmi üçün uyğundur.

Rayonda 3 ibtidai məktəb var. Bunlar Atatürk ibtidai məktəbi, Göyçəbəy ibtidai məktəbi və Cümhuriyyət ibtidai məktəbidir. Bununla yanaşı, Göyçəbəy adına lisey və peşə liseyi eyni binada təhsil verir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Gökçebey ilçesi hakkında". Gökçebey Belediyyesi. 10 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2020.