Gümüşhane Universiteti | |
---|---|
Gümüşhane Üniversitesi[1] | |
Əsası qoyulub | 2008, 31 may 2008 |
Ölkə | |
Sayt | gumushane.edu.tr |
Gümüşhane Universiteti — Türkiyənin Gümüşhane şəhərində yerləşən dövlət universiteti.[3] 31 may 2008-ci ildə Qara Dəniz Texniki Universitetindən ayrılaraq yaradılmışdır.
Nazirlər Kabinetinin 26.04.2013-cü il tarixli 28629 saylı Rəsmi Qəzetdə dərc edilmiş qərarı ilə Mühəndislik fakültəsinin adı Mühəndislik və Təbiət elmləri fakültəsi olaraq dəyişdirilmişdir.
16.05.2013-cü il tarixli 28649 saylı Rəsmi Qəzetdə dərc edilən 2013/4694 saylı Nazirlər Kabinetinin qərarı ilə Turizm fakültəsi yaradılmışdır.
Gümüşhane Universiteti — 6 fakültə, 2 məktəb, 2 institut, 8 peşə məktəbi və 2 tətbiq və araşdırma mərkəzi ilə sürətlə böyüməyə davam edir. 3 yanvar 2013-cü il tarixinə əsasən qeydiyyatdan keçən tələbələrin sayı 10327 nəfərdir.