Güvəyəbənzər boz şibyəyeyən

Güvəyəbənzər boz şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Güvəyəbənzər boz şibyəyeyən
Beynəlxalq elmi adı

Güvəyəbənzər boz şibyəyeyən (lat. Setina roscida) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Qanadlarının rəngi və naxışları S.irrorella növünə oxşayır, ancaq bu ölçüdə bir qədər kiçikdir. Qanadları açılmış halda 15–16 mm-dir. Ön qanadlarının arxa hissəsi boz tüstü rəngində olduğundan növün adı buradan götürülmüşdür. Arxa qanadlarının ön kənarında bir neçə qara ləkə vardır. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır.

Nadir növdür. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. Kəpənəyi işığa çox zəif uçur. Ədəbiyyat məlumatına görə ildə bir nəsil verir. Tırtıllar avqust-sentyabr aylarında müxtəlif şibyələrlə qidalanırlar. Tırtıl mərhələsində qışlayır. Qışlamadan çıxan tırtıllar şibyələrin arasında puplaşır.

Dağətəyi meşələrdə yayılmışdır. Kəpənəyi biz tərəfdən Qaxın İlisu kəndindən (24.VI.1990; 31.VII.93), Zaqataladan (30.VII.98), R.Əffəndi tərəfindən isə Ordubaddan (17.VII.1967) toplanmışdır.

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.