Güvəyəbənzər sarı şibyəyeyən

Güvəyəbənzər sarı şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Güvəyəbənzər sarı şibyəyeyən
Beynəlxalq elmi adı
  • Setina irrorella

Güvəyəbənzər sarı şibyəyeyən (lat. Setina irrorella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadların əsası ensiz olub, sarı rəngdədir, üzərində üç cərgə qara nöqtələr yerləşmişdir. Arxa qanadlar enlidir. Açıq sarı rəngdədir. Yuxarı hissəsində üç nöqtə vardır. Baş, döş, qarıncığın uc hissəsi sarımtıl, bədənin qalan hissəsi isə qara rəngdədir.

Tırtılı göyümtül qara rəngdədir. Beli üzərində topa tüklər vardır, sarı rəngli bel xətti ləkə şəklində yayılmışdır, yan xətti qırıq-qırıqdır, başı qaradır.

Tırtılı şabalıd, fıstıq, palıd, şam və meyvə ağaclarının gövdəsində bitən şibyələrlə qidalanır.

İşığa çox zəif uçur. Ədəbiyyat məlumatına görə ildə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır, yazda qayalar üzərində olan şibyələrlə qidalanır. Pupları nazik barama içərisində olur.

Azərbaycanda flavicans B. forması da yayılmışdır. Dağətəyi və dağlıq ərazilərdə məhdud şəkildə yayılmışdır. Kəpənəkləri Şəkinin Zəyzit kəndindən (31.VII.93), eləcə də Zoologiya institutunun əməkdaşları tərəfindən Qaxın İlisu kəndindən (17.VII.34, A.Boqaçev), Daşkəsənin Xaçbulaq kəndindən (12.VII.67, R.Əffəndi) toplanmışdır.

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.