Hüseyn Rzazadə

Hüseyn Rzazadə
حسین رضازاده
Atlet haqqında məlumat
Tam adı: Hüseyn Rzazadə
Doğum tarixi: 12 may 1978
Doğum yeri: İran Ərdəbil, İran, İran
Olimpiada
105 kq Sidney 2000
105 kq Afina 2004
-
-
Dünya çempionatı
105 kq Varşava 2002
105 kq Vankuver 2003
105 kq Doha 2005
105 kq Santo Dominqo 2006
-
105 kq Afina 1999
Qitə çempionatı
105 kq Vuhan 1999
105 kq Çinxuandao 2003
105 kq Dubay 2005
-
-


Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır.

Olimpiadalarda iştirakı

[redaktə | mənbəni redaktə et]

20002004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır.

2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir [1].

Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər.

Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir.

Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq. ağırlıq qaldırmış Yuri Vlasovu SSRİ-də müvafiq olaraq,ən güclü amerikalı və ən güclü rus kimi təbliğ edilirdisə, Hüseyn Rzazadə dünyada ən güclü insan azərbaycanlıdır deyilərək, təbliğ olunmur.

Hüseyn Rzazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran Rzazadə 2004-cü ildə 263,5 kq ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələmişdir[2].

Məkkədə evlənmiş, Əbülfəzl adlı oğlu vardır.

  1. "Rediff.com". 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-21.
  2. ""Ginnesin Rekordlar Kitabına" düşən azərbaycanlılar". 2008-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-11.

IWRP - profile