Hadena irregularis

Hadena irregularis
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Cins:
Növ:
Hadena irregularis
Beynəlxalq elmi adı

Hadena irregularis (lat. Hadena irregularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin hadena cinsinə aid heyvan növü.

Qanadları açılmış halda 30–32 mm-dir. Ön qanadları açıq-sarı rəngdədir. Yumuru naxışı ağdır, ortası açıq-boz rənglidir, böyrəkşəkilli naxışın əsası tutqundur. Pazşəkilli naxış aydın görünmür. Arxa qanadları qonuru-bozdur, alt tərəfi açıq rəngdə olub, üzərində iki eninə zolaq və aypara şəklində naxış var.

Avropa, Rusiyanın cənubu və cənub-şərqi, Qazaxıstanın şimalı, Kiçik AsiyaQafqazda yayılməşdır. Azərbaycanda isə Böyük (Zaqatala) və Kiçik Qafqazda (Hacıkənd) rast gəlinir.

Dağətəyi və dağ meşələrinin açıqlığı. Həyat tərzi öyrənilməmişdir. Kəpənək iyun və iyul aylarında uçur. İyulun əvvəllərində tırtılı soğan və qoyunqulağı üzərində yaşayır

Azsaylıdır. 5 kəpənəyi işıqdan tutulmuşdur.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək.