Hamaralın kayman | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hamaralın kayman |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Hamaralın kayman (lat. Paleosuchus palpebrosus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir.
Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur[3].
Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Arealı — Amazon ovalığı və Cənubi Amerikanın şimalından Karib dənizinə qədər olan ərazilər. Kaymanlar nisbətən sürətli cərəyanlara malik dayaz sulara üstünlük verir. Eyni zamanda durğun və dərin sulara da dözə bilirlər. Su basmış meşələrdə də aşkarlanırlar.